Azərbaycan Mərkəzi Bankına iqtisadi müstəqillik verilir
Mərkəzi Bank dövlətin öhdəlikləri, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyil.
Mərkəzi Bankın müstəqilliyi artırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz. Layihəyə əsasən, artıq qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər Mərkəzi Bankın fəaliyyəti üzərində monitorinq də həyata keçirə bilməz.
Təklif edilən 6.2-ci maddəyə əsasən isə Mərkəzi Bank iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və ya onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal (Mərkəzi Bank müflis elan oluna bilməz. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir) istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyil.
XXX
Azərbaycan Mərkəzi Bankına (AMB) iqtisadi müstəqilliyin verilməsi təklif edilir.
Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, AMB iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, AMB dövlətin öhdəlikləri, dövlət isə AMB-nin öhdəlikləri üçün cavabdeh deyil.
Azərbaycan Mərkəzi Bankının funksiyaları yenidən müəyyən olunur
Azərbaycan Mərkəzi Bankının (AMB) funksiyalarının sayının 9-dan 11-ə çatdırılması və yenidən müəyyən olunması təklif edilir.
Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, AMB-nin yenilənmiş funksiyaları aşağıdakılardır:
- 5.1.1. dövlətin pul və məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi;
- nağd pul dövriyyəsinin təşkil edilməsi, Konstitusiyanın 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasının və tədavüldən çıxarılmasının həyata keçirilməsi;
- manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi müəyyən edilməsi və elan edilməsi;
- sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi;
- beynəlxalq standart və metodologiyalara uyğun olaraq monetar, maliyyə bazarları və ödəniş sistemləri üzrə statistikanın, ölkənin tədiyə balansının, beynəlxalq investisiya balansının və icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasının tərtib edilməsi, məlumatların ümumiləşdirilməsi və yayılmasının təmin edilməsi, habelə ölkənin tədiyə balansının proqnozlaşdırılmasında iştirak edilməsi;
- maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi;
- ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, inkişafına dəstək verilməsi;
- maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması;
- “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi;
- əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi;
- bu Qanunda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyaların həyata keçirilməsi.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
40 d. əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
3 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
4 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 4 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
