“Freedom Bank” Qazaxıstanın Almatı şəhərində “ABA”nı qəbul edib
(®) Qazaxıstanın Almatı şəhərində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Kredit işi" ekspert qrupunun geniş tərkibdə nümayəndə heyətinin "Freedom Bank" rəhbərliyi ilə görüşü keçirilib.
Bu görüş 2022–2026-cı illər üzrə Azərbaycan və Qazaxıstan Respublikaları arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair kompleks proqramın bir hissəsi kimi təşkil olunub.
"Freedom Bank" ekspertləri kredit məhsullarının rəqəmsallaşdırılması sahəsindəki təcrübələrini bölüşüb və onların hazırlanmasında istifadə olunan texniki həll yolları haqqında danışıblar. Habelə görüşdə maliyyə sektorunun GovTech ilə sıx əlaqəsi müzakirə olunub.
Belə ki, iki ölkənin bank sektoru arasında əməkdaşlığın inkişaf etdirilməsi dövlətlərarası əlaqələrin gücləndirilməsindən əlavə, regionda rəqəmsal məhsulların inkişafına da güclü təkan verəcəkdir.
Qeyd edək ki, Azərbaycan banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxslərinin təcrübə mübadiləsi və təlim məqsədi ilə Almatı şəhərinə səfəri Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçığı, Azərbaycan Banklar Assosiasiyasının və Qazaxıstan Respublikası Banklar Assosiasiyasının dəstəyi ilə 23 may 2023-cü il tarixində baş tutmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























