Azərbaycanın ilk vençur fondu artıq 3 startapa investisiya edib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi innovasiya sahəsində görülən işlərin birinci rüb hesabatını açıqlayıb. Verilən məlumata görə, Azərbaycanın ilk vençur fondu olan “Caucasus Ventures” artıq Azərbaycanlı təsisçilərə məxsus 3 startapa investisiya edib və daha 6 startap izləmə mərhələsindədir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Ecosystem Spring Meetup” tədbiri keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, ekosistem oyunçuları, korporativ sektorun nümayəndələri, startaplar və xarici ekspertlərin iştirakı ilə baş tutan tədbirdə yerli innovasiya sahəsində imkanlar, yeni çağırışlar istiqamətində müzakirələr aparılıb.
Çıxışçılar arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, İRİA-nın Beynəlxalq Biznesin inkişafı üzrə rəhbəri Lukas Tzitzis, İRİA-nın innovasiya ekosistemi şurasının üzvü, “Diaspora Ventures” şirkətinin nümayəndəsi, investor Marvin Liao, “Uniborn” şirkətinin nümayəndəsi Sebastien Tupi yer alıb.
Tədbir zamanı İnarə Vəliyeva Agentliyin 2023-cü ilin birinci rübü ərzində innovasiya ekosistemi və startapların inkişafının təşviq olunması istiqamətində gördüyü işlərdən, dəstəklədiyi proqram və layihələrdən bəhs edib.
“Agentliyimiz innovasiya ekosisteminin inkişafını 6 istiqamət üzrə aparır: insan kapitalının inkişaf etdirilməsi, texnoloji sahibkarlığın inkişafı, investisiya ekosisteminin təşviqi, innovasiya ekosisteminin təşviqi, qanunvericiliyin tənzimlənməsi və infrastrukturun formalaşdırılması. Bütün bu istiqamətlər üzrə görülən işlərə əsasən deyə bilərik ki, artıq İRİA qarşıya qoyduğu hədəflərə addım-addım yaxınlaşır. Belə ki, insan kapitalının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən “Technest” Təqaüd Proqramı 2021-ci ildə 618, 2022-ci ildə 1500-dən artıq insanı İKT üzrə təqaüdlə təmin edib. 2023-cü ilin birinci tədris rübü üzrə 1626 nəfər təhsil alır ki, sentyabrda daha 1500 nəfərə təqaüd veriləcək. Eyni zamanda, İsrailin “Technion” institutu ilə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 60 nəfər kibertəhlükəsizlik üzrə intensiv tədris proqramına başlayıb. Təlimlərin növbəti dalğasına qeydiyyat davam edir”.
Eyni zamanda innovasiya eksosistemi üzrə atılan addımlardan və perspektivlərdən söz açan İnarə Vəliyeva bu təşəbbüslərin Azərbaycanın regionda yerli innovasiya mərkəzi kimi inkişaf etdirilməsində mühim addımlar olduğunu bildirib.
“Atdığımız hər bir addım, həyata keçirdiyimiz, dəstəklədiyimiz hər bir layihə, ölkənin bu sahədə inkişafını təmin edərək regionda əsas mərkəzə çevrilməsinə hesablanıb. Məmnunluq hissi ilə deyə bilərik ki, texnologiyalar parkının rezidenti olaraq texnoparkdan kənar fəaliyyət üçün artıq 29 şirkət rezidentlik hüququ əldə edib. Məhz bu şirkətlər 10 il müddətində gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq vergisindən azad olunacaqlar. Eyni zamanda sosial sığorta ödənişi üçün təqdim edilən güzəşt və seçim imkanlarından da yararlana biləcəklər.
Bu dövr ərzində investisiya ekosistemi də vacib mərhələlərdən keçib. Ötən il tərəfdaşlarımızla birgə təsis etdiyimiz ölkənin ilk vençur fondu olan “Caucasus Ventures” artıq Azərbaycanlı təsisçilərə məxsus 3 startapa investisiya edib və daha 6 startap izləmə mərhələsindədir. Eyni zamanda, İRİA-nın dəstəklədiyi "Technovate - Sabah" mələk investorlar klubu ilk dəfə olaraq 125 min ABŞ dolları dəyərində investisiya həyata keçirib”.
Çıxışçılar arasında yer alan Lukas Tzitzis öz nitqində Azərbaycana gəlişi, Agentliklə birgə fəaliyyət çərçivəsində yerli ekosistem üçün görüləcək işlər və potensiallardan bəhs edib:
“ Azərbaycan artıq beynəlxalq aləmdə tanınır. Bu gün hamıya məlum olmayan ən vacib məqamlardan biri yeni qanunvericiliyin gətirdiyi əhəmiyyətli üstünlüklər və ölkənin təmin etdiyi yüksək həyat keyfiyyətidir. Məhz bu amillər və güclü İRİA komandası məni bu fürsəti dəyərləndirməyə sövq etdi”.
Tədbirin davamında Sebastien Tupi ekosistemə yeni təqdim edilən “Founders Academy” proqramının mahiyyəti haqqında geniş məlumat verdi:
“Founders Academy” startap nümayəndələrinə və ekosistem oyunçularına Avropanın ən iri “unicorn” şirkətlərində və ən əhəmiyyətli ekosistem oyunçularında 3-6 aylıq ödənişli təcrübə proqramında iştirak imkanı yaradan dünyada ilk eksklüziv təlim proqramıdır. Proqramın məqsədi yerli ekosistemdə yüksək ixtisaslı kadrların və potensial təsisçilərin sayını artırmaqdır. Namizədlərin ciddi seçimi Bakıda 2 günlük intensiv təlim-məşq ilə başlayacaq və elanı qısa zamanda ekosistem ilə paylaşılacaq”.
Daha bir yeni proqram olan “Silikon Vadisi mentorluq proqramı”, Marvin Liao tərəfindən görüş iştirakçılarına təqdim edildi. Bildirildi ki, bu proqram inkişaf etmək və qlobal bazara çıxmaq potensialı olan yerli startaplara dünya miqyasında təcrübəli mentorluğa və təcrübəyə çıxışı təmin edir. Startaplara müntəzəm onlayn mentorluq sessiyaları təqdim edən proqram ödənişsizdir və müraciət qəbuluna artıq başlanılıb.
Qeyd edək ki, müntəzəm keçiriləcək bu tədbirlərin əsas məqsədi ekosistem iştirakçıları və startaplar ilə Agentlik arasında əlaqələri gücləndirmək, təcrübə və bilik, nailiyyətlər və planlar mübadiləsi üçün platforma yaratmaqdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
4 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 6 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
