Lada avtomobillərini satan Azərbaycan şirkətinin gəlirləri 2 dəfədən çox azalıb
Rusiyanın "Avtovaz" SC-nin Azərbaycandakı Baş idxalçısı və rəsmi distribyutoru "Xəzər Lada" ASC 2022-ci ili 440 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 503 min 506 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xəzər Lada" ASC-nin xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 63 min 506 manat və ya 14,4% azalıb.
Marja.az xəbər verir ki, "Xəzər Lada" ASC-nin cəmi əməliyyat gəlirləri 2021-ci ildə 27 milyon 946 min manat ikən, 2022-ci ildə 11 milyon 774 min manat təşkil edib.(16 milyon 172 min manat və ya 137% azalıb). Şirkətin xərcləri isə 2021-ci ildəki 27 milyon 172 min manatdan 11 milyon 223 min manata geriləyib.
Şirkətin satışdan gəlirləri 25 milyon 969 min manatdan 11 milyon 774 min manata enib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra sanksiyalar, iqtisadi əlaqələrin pozulması, ehtiyyat hissələrinin alınmasında problemlər səbəblərindən "Avtovaz" SC ötən il istehsalını dayandırmış, satışı kəskin azalmışdı. Şirkət ötən ilin sonlarından başlayaraq istehsalını bərpa edir. "Avtovaz" 2023-cü ildə 400 000-dən çox avtomobil istehsal etməyi planlaşdırır. Fevralda Sankt-Peterburqdakı keçmiş Nissan zavodu "AvtoVAZ"ın mülkiyyətinə keçib. Sankt-Peterburqdakı zavodda ilkin olaraq iki krossover və bir sedan modelin istehsalı nəzərdə tutulur.
Eyni zamanda Mayın 1-dən “AvtoVAZ” “Lada” avtomobillərinin qiymətini orta hesabla 2% artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















