“Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə”
Azercell ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində “İdeya İnkubasiyası Proqramı”na start verdi!
(®) “Azercell Telekom” MMC-nin ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetilə əməkdaşlığı çərçivəsində “İdeya İnkubasiyası Proqramı” başlayıb. Layihə innovativ həllərin yaradılması sahəsində Azərbaycan Respublikasında İKT və innovasiyalar ekosisteminin təkmilləşdirilməsi, onun davamlılığına və rəqabət qabiliyyətinə töhfə vermək məqsədi daşıyır. Layihə eyni zamanda bu sahədə yeni kadrların yetişdirilməsinə, tələbələri innovativ texnoloji həllər yaratmağa, startap və sahibkarlığa həvəsləndirməyə yönəlib.
Proqramın “Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə” adı altında keçirilən açılış mərasimində Azercell və ADA Universitetinin məsul şəxsləri iştirak edib, öz fikirlərini bölüşüb. Azercell-in Məhsul İdarəetmə şöbəsinin rəhbəri Nərgiz Tağızadə “Biznesin diversifikasiyalaşdırılması strategiyası: Azercell-in yeni Fintech biznes istiqaməti”, Rəqəmsal Həllər və Partnyorluq şöbəsinin rəhbəri Svetlana Ağalarova “Gənclik seqmenti üçün texnologiya tətbiqi əsaslı həllər”, Dataların Modelləşdirilməsi şöbəsinin rəhbəri Zaur Hüseynov “Data Science sahəsinin Telekom sektorunda rolu və təsiri” mövzuları üzrə auditoriya qarşısında təqdimatla çıxış ediblər.
“İdeya İnkubasiyası Proqramı” seminarlar, mentorluq sessiyaları və iştirakçılara sahibkar kimi uğur qazanmağa kömək edən geniş şəbəkə imkanları təklif edir. Bu layihə gənclərə ideyalarını real məhsullara, hətta müəssisələrə çevirməyə dəstək olacaq. İnnovativ ideyalarını növbəti səviyyəyə qaldırmağa hazır olan ADA universitetinin tələbələri öz həlləri üzərində peşəkar mentorlarla çalışacaq. Proqramın sonunda qalib komandalara pul mükafatı təqdim olunacaq, onlar, həmçinin, Azercell şirkətində təcrübə proqramı keçmək şansı qazanacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 d. əvvəl
-
12 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Bosch 13 min işçisini ixtisar edəcək

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
Ən çox oxunanlar

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
