AccessBank Avropanın investisiya şirkəti ilə müqavilə imzaladı- 17 MİLYON MANAT CƏLB ETDİ
Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq (MKOB) üzrə aparıcı bankı olan AccessBank Avropanın nüfuzlu investisiya şirkəti olan Enabling Qapital Ltd ilə 17 milyon AZN dəyərində kredit müqaviləsi imzalayıb.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 3 il müddətinə ayrılan məbləğ Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətlərini dəstəkləyir və onların ortamüddətli maliyyələşdirməyə davamlı çıxışını təmin edir.
AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri qeyd edib ki, bu saziş Banka daha çox sahibkara dəstək olmağa kömək edəcək: “Enabling Qapital Ltd şirkəti ilə güclərimizi birləşdirməkdən məmnunam. Bu uğurlu tərəfdaşlıq Azərbaycanda MKOB-ların ehtiyac duyduğu maliyyələşdirməni davam etdirməyə imkan verəcək. Bu, həm də 2016-cı ildən bəri beynəlxalq maliyyə institutu ilə imzaladığımız ilk maliyyələşdirmə müqaviləsidir və AccessBank üçün beynəlxalq kapital bazarlarının yenidən açılmasına işarədir. Xarici institusional investorların Azərbaycanın maliyyə sektoruna marağını görməkdən çox şadıq. Enabling Qapital Ltd şirkətinə əməkdaşlığa görə təşəkkür edir və gələcəkdə əməkdaşlığımızın daha da gücləndirilməsini səbirsizliklə gözləyirəm”.
Enabling Qapital Ltd şirkətinin regional meneceri Urmat İmankulov AccessBank-ın sahibkarlığa verdiyi töhfəni yüksək qiymətləndirib: "AccessBank MKOB-lar üçün maliyyə əlçatanlığını asanlaşdırmaqla ölkənin iqtisadi artımına dəstək verir və Azərbaycanın maliyyə sektorunda mühüm rol oynayır. Onların effektiv investisiyalara sadiqliyi bizneslərin böyüməsinə və ümumilikdə ölkənin inkişafına töhfə verir."
Enabling Qapital Ltd (EQ) investisiyaların maliyyə və sosial gəlir gətirdiyi aparıcı təsiredici investisiya məsləhət şirkətidir. EQ-in iqtisadi, sosial və ətraf mühitə müsbət təsir göstərmək missiyası EMF Microfinance və Spark+ Africa Fund daxilində təxminən 600 milyon ABŞ dolları məbləğində aktivlər üzrə məsləhətlər verir. Şirkətin İsveçrə, Lixtenşteyn, Keniya, Pakistan, Hindistan, Qırğızıstan, Filippin, Kanada, Meksika və Ekvadorda 50 üzvdən ibarət ofisləri fəaliyyət göstərir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Qeyd edək ki, AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 29 d. əvvəl
-
57 d. əvvəl
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
-
1 saat əvvəl
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
















