Türkiyə Azərbaycanın neft və qaz layihələrindən 8 milyard dollar qazanıb

Türkiyə dövləti və şirkətləri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, Trans-Anadolu qaz boru kəməri (TANAP), “Şahdəniz” layihələrinin icrasından 8 mlrd. ABŞ dollarından çox gəlir əldə edib.
Bunu BP şirkətinin qlobal emal və marketinq üzrə icraçı direktoru Tufan Erginbilgiç bildirib.
Onun sözlərinə görə, bu layihələrdən Türkiyə daha 15 mlrd. dollar qazanacaq: “Dünya neft hasilatının 1%-i BTC ilə, 2,5%-i Türkiyə boğazları ilə daşınır. Türkiyə bizim üçün önəmlidir. Təkcə TANAP layihəsi Türkiyəyə inamımızı göstərir. Bu layihədə BP şirkəti 12% paya malikdir”.
O qeyd edib ki, layihə üzrə işlər qrafikə uyğun irəliləyir və gələn il “Şahdəniz-2” layihəsi çərçivəsindıə ilk qaz Türkiyəyə nəql olunacaq: “Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər tamamlandığında Xəzər qazı ilk dəfə olaraq Avropaya nəql olunacaq. Burada Türkiyənin rolu çox önəmlidir. Türkiyə BP şirkəti üçün çox vacib və strateji iş ortağıdır. Həm BTC, həm də “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihələrində Türkiyənin TPAO və "BOTAŞ" şirkətləri ilə çalışırıq. BP şirkətinin qiymətləndirmələrinə görə, BTC, TANAP və “Şahdəniz” layihələrinin Türkiyəyə ümumi töhfəsi 8 mlrd. dollardan çoxdur. Bura investisiya, ödənilən paylar da daxildir”.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. TPAO şirkəti 6,53% payla BTC-də səhmdarlardan biridir.
"Şahdəniz" qaz-kondensat yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur. Hazırda yatağın işlənməsinin I mərhələsi çərçivəsində Türkiyəyə ildə 6 mlrd. kubmetrdən çox qaz nəql edilir. “Şahdəniz" konsorsiumda TPAO 19% paya mailkdir.
TANAP Xəzər dənizin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP-da Türkiyənin "BOTAŞ" şirkəti 30% paya malikdir.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
