"Unicapital"dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
• Ötən həftə AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. 3 illik istiqrazların gəlirliliyi ötən aylara nəzərən azalmış, orta ölçülmüş və kəsmə gəlirliliklər, müvafiq olaraq, ötən hərracla müqayisədə 8.37%-dən 8.00%-ə və 8.75%-dən 8.20%-ə düşmüşdür.
• Bu həftə AR Maliyyə Nazirliyinin 30 milyon AZN həcmində 2 illik istiqrazlarının hərracı keçiriləcək. Bundan əlavə, Maliyyə Nazirliyinin məlumatına əsasən, may ayı ərzində 30 milyon AZN həcmində 2 illik, 50 milyon AZN həcmində 3 illik və 20 milyon AZN həcmində 5 illik istiqrazların yerləşdirilməsi nəzərdə tutulub.
• AR Mərkəzi Bankı not hərracları vasitəsilə sterilizasiya əməliyyatlarına davam edir. MinFin istiqrazlarının gəlirliliklərində azalma müşahidə edilsə də AR Mərkəzi Bankının notlarında gəlirliliklər artım tempini göstərir. Ötən həftə 28, 84, 168 və 252 günlük not hərraclarında orta ölçülmüş gəlirliliklər 6.60%-8.77% (bundan öncə 6.24%-8.48%) olmuşdur. Xatırladaq ki, ötən ay Mərkəzi Bank notların investor bazası ilə bağlı qərar qəbul etmişdir. Not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1/3/6/9 ay) üzrə gəlirlilik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilmiş, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilmişdir. Qərara alınmışdır ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər.
• 3 may tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı qərarını açıqlayacaq. Mərkəzi Bankın məlumatına əsasən, inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa pul siyasətinin normallaşdırılması imkanlarına baxılacaqdır.
Qlobal bazar
• ABŞ-da işsizlik üzrə analitiklərin gözləntiləri bədbin olsa da açıqlanan məlumatlar işsizliyin hələlik müsbət istiqamətdə dəyişdiyini göstərir. Belə ki, 22 aprel tarixi üçün hesablanan məlumatlara əsasən, ABŞ-da ilkin işsizlik müraciətləri azalaraq 245k-dan 230k-a, cəmi müraciətlərin sayı isə 1865k-dan 1858k-a düşmüşdür. İqtisadçılar növbəti işsizlik müraciətlərində və işsizlik dərəcəsində də artım gözləyirlər.
• Həmçinin, 5 mayda ABŞ-da əsas məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlanacaq. Analitiklər göstəricinin azalaraq 236k-dan 180k-a düşəcəyini proqnoz ediblər.
• Ötən həftə ABŞ-da 2023-cü ilin birinci rübü üçün ÜDM artım məlumatı açıqlanıb. ÜDM artımı azalmış və eyni zamanda gözləntilərdən (1.9%) də az olaraq 1.1% (bundan öncə 2.6%) açıqlanmışdır.
• 3 may tarixində ABŞ Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Faizlərin 0.25% artırılaraq 4.75%-5.00% aralığından 5.00%-5.25% aralığına çatdırılacağı gözlənilir. Xatırladaq ki, mart ayında ABŞ-da inflyasiya 6.00%-dən 5.00%-ə düşmüşdür. Hələ ki, aprel ayı üçün proqnoz inflyasiyanın dəyişməyərək 5.00% qalacağı fonundadır.
• Avrozonada ÜDM artımı azalaraq 1.8%-dən 1.3%-ə düşüb. Analitiklərin gözləntisi 1.4% idi.
• 2 may tarixində Avrozonada inflyasiya məlumatı açıqlanacaq. Analitiklər istehlak qiymətləri indeksinin artaraq 6.9%-dən 7.00%-ə qalxacağını proqnoz ediblər.
• 4 may tarixində Avropa Mərkəzi Bankının faiz qərarı açıqlanacaq. Əsas uçot dərəcəsinin 0.25% artırılaraq 3.50%-dən 3.75%-ə çatdırılacağı gözlənilir.
• Ötən həftə Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsinin sabit, 7.50% saxlanılması barədə qərar qəbul etdi. Xatırladaq ki, Rusiyada inflyasiyanın azalaraq 3.51%-ə düşməsi açıqlanmışdı (mart ayı üçün).
• Ötən həftə Türkiyə Mərkəzi Bankı da uçot dərəcəsinin sabit, 8.50% saxlanılması barədə qərar qəbul etdi. Türkiyədə inflyasiyanın azalaraq 50.51%-dən 44.25%-ə düşəcəyi gözlənilir. Xatırladaq ki, Türkiyədə istehlak qiymətləri indeksi ötən ilin sonuna 64.27% idi (ondan əvvəl isə 84.39%).
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
5 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
5 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
6 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)
.jpg)






.jpg)







