Türkiyədən Rusiyaya pomidor ixarcı üzrə kvota 500 min tona qədər artırılır
Ərdoğanla Putin arasında danışıq zamanı Türkiyədən Rusiyaya göndərilən pomidor üzrə kvota 500 min tona qaldırılıb.Moskva və Ankara Türkiyə pomidorlarının Rusiyaya tədarükü üçün kvotanı artırmaq barədə razılığa gəliblər.
Marja xəbər verir ki, bu barədə cümə günü “Hürriyet” qəzeti prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə danışıqlarının yekunu üzrə administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırkı kvota 350 min ton təşkil edir. Kvotanın 150 min ton artırılaraq 500 min tona qədər artırılması qərara alınıb.
2016-cı ilin əvvəlindən 2017-ci ilin noyabrına qədər Türkiyə pomidorlarının Rusiyaya ixracı qadağan edilib. 2018-ci ilin mart ayında Türkiyədən 50 min tona qədər pomidor idxalı üçün kvota tətbiq edilib. Sonra bu həcm tədricən artırılıb. 2021-ci ilin may ayında kvota 300 min tona çatdırılıb. 2022-ci ilin aprel ayında Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi onu 350 min tona çatdırmaq barədə qərar qəbul edib.
XXX
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin, Türkiyədən Rusiyaya göndəriləcək bəzi kənd təsərrüfatı məhsullarının kvotasına dair razılığa gəliblər.
Marja.az Türkiyə mətbuatına sitinadən xəbər verir ki, mənbələrindən əldə edilən məlumata görə, Türkiyədən Rusiyaya pomidor ixracı üzrə kvota 500 min tona çatdırılır. Hazırkı kvota 350 min tondur.
İki ölkə əlavə hava yolu uçuşları üçün də bir sıra razılşama təmin edib.
Həmçinin, rusiyalı turistlər üçün yeni ödəniş sistemi üzərində iş aparılır, mərkəzi banklar yeni debet kartı üçün razılaşmaq üzrədirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 7 d. əvvəl
-
9 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 11 d. əvvəl
- 16 d. əvvəl
-
44 d. əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər























