Xalq Bank sahibkarlar üçün “Linklə ödəniş” xidmətini istifadəyə verdi
(®) Xalq Bank sahibkar və hüquqi şəxslər üçün növbəti rəqəmsal xidmətini təqdim edib.
Artıq satıcıya E-commerce üçün vebsayt yaratmaq ehtiyacı qalmır. Yeni “Linklə ödəniş” xidməti sahibkar və onların müştərilərinə ödənişləri onlayn qaydada sürətli və rahat həyata keçirməyə imkan verəcək.
“Linklə ödəniş” xidmətindən yararlanmaqla satıcı 24/7 rejimində istənilən saatda xüsusi link yarada və ödənişi qəbul edə bilir. Yaradılmış linki hər hansı kommunikasiya kanalı vasitəsilə - WhatsApp, Instagram, Telegram, SMS və s. messencerlərlə müştəriyə göndərir və müştəri linkə keçid edərək ödənişi kartla həyata keçirir. Beləliklə, ödəmə hər iki tərəf üçün sadə və təhlükəsiz üsulla tamamlanmış olur.
Əlavə olaraq, sahibkar XalqOnline kabinetində yaratdığı linklərin tarixçəsini izləmək, axtarış etmək, ödənilmiş link üzrə məbləği qismən və ya tam qaytarmaq imkanına malikdir.
“Linklə ödəniş” xidmətindən bütün satış və xidmət sahələrinin hüquqi şəxsləri və sahibkarları, o cümlədən sosial media platformaları üzərindən onlayn ticarət ilə məşğul olan şəxslər faydalana bilər. Bunun üçün Xalq Bankda hesab açmaq və xidmətdən XalqOnline sistemi üzərindən yararlanmaq kifayətdir.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















