Dövlət Dəniz və Liman Agentliyində İsrailin Gəmiçilik və Limanlar İdarəsinin direktoru ilə görüş olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov İsrailin Nəqliyyat Nazirliyinin Gəmiçilik və Limanlar İdarəsinin direktoru Zadok Radeker ilə görüşüb.
İkitərəfli görüş zamanı son illər müxtəlif sahələrdə Azərbaycan-İsrail münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq ifadə olunub.
Görüşdə İsrail və Azərbaycan arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib. Vahid Dənizçilik Pəncərəsinin tətbiqi, dənizçilərin hazırlığı, limanların tənzimlənməsi sahəsində təcrübə mübadiləsi aparılıb.
Bundan əlavə, görüşdə iki ölkənin dənizçilik qurumları arasında əməkdaşlığın gücləndirilməsi üçün qarşılıqlı səfər təcrübəsinin, eləcə də dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumunun hazırlanması istiqamətində təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq
Rəsmi məzənnələr açıqlandı
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Ən çox oxunanlar
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam








.png)














