SOCAR 1,5 milyard dollarlıq avrobond borcunu tam olaraq geri ödədi
2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən London Fond Birjasında (London Stock Exchange) yerləşdirilən 1 milyard ABŞ dolları məbləğindəki avrobondların 10 illik tədavül müddəti yekunlaşıb və əsas borc avrobond sahiblərinə tam olaraq geri ödənilib.
Bu barədə Marja-ya “SOCAR Capital” şirkətindən bildirilirb
4,75%-lik kupon gəlirinə sahib olan avrobondların anderraytinqi (emissiya prosesinin icrası) dünyanın ən böyük banklarından biri olan Almaniyanın “Deutsche Bank” maliyyə qurumu tərəfindən həyata keçirilib.
SOCAR-ın ümumi korporativ maraqları çərçivəsində emissiya olunan 2023 avrobondlarının nominal qiyməti 1000 ABŞ dolları təşkil edib və tədavül müddəti ərzində bazar qiyməti tələbdən asılı olaraq 1071 ABŞ dollarınadək yüksəlib. “SOCAR 2023 avrobondları”nın kupon ödənişləri 6 aylıq qrafiklər əsasında həyata keçirilib, avrobond sahibləri 10 il ərzində toplam 475 milyon ABŞ dolları gəlir əldə edib.
“Petkim Petrokimya Holding” A.Ş. tərəfindən 2018-ci ildə emissiya olunan 500 milyon ABŞ dolları məbləğindəki “Petkim 2023 avrobondları”nın da tədavül müddəti bitib və avrobond sahiblərinə əsas borc tam geri ödənilib. 5 illik müddətə buraxılan və İrlandiya Fond Birjasında (Irish Stock Exchange) yerləşdirilən Petkim avrobondlarının illik kupon gəliri 5,875% təşkil edib. Sözügedən avrobondların nominal qiyməti 1000 ABŞ dolları təşkil edib və tədavül müddəti ərzində bazar qiyməti 1031 ABŞ dollarınadək yüksəlib. “Petkim 2023 avrobondları”nın kupon ödənişləri 6 aydan bir icra edilib, 5 il ərzində investorlara ümumilikdə 147 milyon ABŞ dolları gəlir qazandırıb.
1 milyard 500 milyon ABŞ dolları məbləğində avrobond öhdəliklərini müvəffəqiyyətlə icra edən SOCAR beynəlxalq kapital bazarlarında etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib. Beynəlxalq bazarda 750 milyon ABŞ dolları məbləğində SOCAR 2030 və yerli bazarda 100 milyon ABŞ dolları dəyərində SOCAR İstiqrazları hazırda uğurla tədavül edilir. Əldə edilən nailiyyətlərin davamı olaraq, SOCAR gələcəkdə də daxili və xarici kapital bazarlarının etibarlı və aktiv tərəfdaşı olmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
-
17 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 34 d. əvvəl
-
39 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
54 d. əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
10 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir

















.jpg)






