“Microsoft” şirkəti Qazaxıstanda regional mərkəz açacaq, Azərbaycanı da əhatə edəcək
Onun fəaliyyəti Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanı əhatə edəcəkAmerikanın “Microsoft” şirkəti Qazaxıstanda regional mərkəz açacaq.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Microsoft” korporasiyası ilə birgə iş nəticəsində Qazaxıstanda multiregional mərkəzin (qovşağın) açılmasına dair razılıq əldə olunub", - məlumatda deyilir.
Qovşağın fəaliyyəti Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanı əhatə edəcək.
Qeyd edilib ki, "Microsoft-un fəaliyyətinin lokallaşdırılması Qazaxıstana regional miqyasda texnologiyalar və qabaqcıl həllər üçün cəlbedici mərkəzinə çevrilməyə imkan verəcək. Qazaxıstanın "Microsoft"un texnoloji inkişafı və innovasiya mərkəzi olması hədəflənir.
Microsoft-un Qazaxıstan ofisinin rəhbəri Sergey Leşçenko bildirib ki, Qazaxıstanda regional Microsoft mərkəzinin yaradılması böyük əhəmiyyət kəsb edir. "Qazaxıstanda müvafiq infrastruktur var. Biz burada işləməkdən və birgə layihələr həyata keçirməkdən məmnun qalacağıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 12 d. əvvəl
- 13 d. əvvəl
-
43 d. əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
57 d. əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yağış yağacaq
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq





















