Daha bir rayonda “SOCAR” yanacaqdoldurma stansiyası istifadəyə verilib
Bərdə şəhərində “SOCAR PETROELUM” QSC-yə məxsus “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
Şirkətdən verilən məlumata görə, Bakı küçəsində istifadəyə verilən YDS-də 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. “Aİ-92”, “Aİ-95” Premium, “Dizel” və LPG (maye neft qazı) markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi YDS-də nağdsız satış üçün POS-terminallar fəaliyyət göstərəcək.
Qeyd edilib ki, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər 24 yeni iş yeri də yaradılıb. Yeni YDS-lər, eyni zamanda ölkəmizdə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verir.
Bərdə də fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 47-yə çatdırılıb. Xatırladaq ki, onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir.
“SOCAR PETROELUM” QSC-nin starateji inkişaf planına uyğun olaraq, bu sahədə işlər davam etdirilir. Bununla da ölkə ərazisində “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayının artırılması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















