"Dərmanların ölkəyə gətirilməsi ilə bağlı əngəllər aradan qaldırılmalıdır, bundan sonra qiymətlərdə dəyişikliklər ola bilər"
“Azərbaycanda olan tibb təhsili Avropa və Türkiyə təhsili ilə tamamilə eynidir".“Dərmanların ölkəyə gətirilməsi məsələsi mütləq sadələşdirilmədi, bürokratik əngəllər aradan qaldırılmalıdır”.
Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslonov komitənin “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
“Hesab edirəm ki, btün bu prosesdən sonra qiymətlərdə müəyyən dəyişikliklər ola bilər”, - komitə sədri əlavə edib.
XXX
"Dərman çatışmazlığı var, qiymət məsələsi də narazılıq yaradır"
TƏBİB-lə danışıqlar aparılmalı, qazilər və şəhid ailələri üçün ambulator müalicə zamanı dərmanlar pulsuz olmalıdır.
Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslonov Milli Məclisin səhiyyə komitəsinin “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
“Bu, ciddi xərc tələb edir, doğrudur, amma bu istiqamətdə ilkin olaraq, şəhid ailələri və qazilər üçün, sonrakı dönəmdə əlillər və təqaüddə olan insanlar üçün bu addımı atmaq olar”, - o, əlavə edib.
Deputat ölkədəki dərman çatışmazlığı məsələsinə də toxunub: “Hazırda ölkədə dərman çatışmazlığı var, bəzən dərmanların keyfiyyəti məsələsi gündəm olur, şikayətlər olur. Həmçinin dərmanların qiyməti məsələsi də narazılıq yaradır. Dünən mən görüşdə idim, orada məhz bu məsələ ilə bağlı müraciətlər oldu. Hesab edirəm ki, bütün bu hallar nəzərə alınmalıdır”.
XXX
"Dərman istehsalı məsələsində xeyli geridə qalmışıq"
"Dərman istehsalı məsələsində xeyli geridə qalmışıq, mən bununla razıyam. Bildiyimə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssisəsinin tikilib istifadə verilməsi nəzərdə tutulub".
Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslonov “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
“İsrail və qardaş Türkiyədən, həmçinin digər ölkələrdən məhz bu istiqamətdə mütəxəsisslər dəvət olunub”, - deputat əlavə edib.
Əhliman Əmiraslamov hazırda ölkədə istehsal olunan dərman vasitələrinə dərman deməyin lazım olmadığını qeyd edib:
“Bizdə olan dərman istehsalına, sözün düzü, dərman istehsalı demək olmaz. Bunlar tibb üçün lazım olan vəsaitləri istehsal edirlər”.
XXX
Əhliman Əmiraslov Azərbaycandakı tibbi təhsillə bağlı tənqidlərə də cavab verib:
“Azərbaycanda olan tibb təhsili Avropa və Türkiyə təhsili ilə tamamilə eynidir. Rezidentura sistemimiz Türkiyə rezidenturasına tamamilə yaxındır. Razıyam, rezidentlərin hazırlandığı klinikaların sayı çoxdur. Kiçik həcmli klinikalarda rezident hazırlamaq olmaz, bunun üçün aparıcı tibb müəssisələri olmalıdır. Sistemə gəldikdə isə, dediyim kimi, Avropa və Türkiyə ilə eynidir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
9 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
9 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
10 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"

























