Azərbaycanın iri holdinqi “YAŞAT” Fonduna 500 min manat ayırdı
NEQSOL Holding Novruz bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 AZN vəsait ayırıb.
Bu barədə Marja-ya Holdinqdən bildirilib.
Qey edilib ki. Holdinqin qərarı ilə məbləğin yarısı tərkibində olan Bakcell şirkəti tərəfindən ianə şəklində fondun hesabına köçürülüb. Vəsaitin digər yarısı isə NEQSOL Holding-in dəstəyi ilə “YAŞAT” Fondu tərəfindən bu il icra ediləcək xüsusi sosial layihələrə ayrılıb.
“YAŞAT” Fonduna köçürülən ianə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə yaralanaraq əlilliyi təyin olunmuş şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə və psixoloji dəstək, eləcə də təhsil xərclərinin maliyyələşdirilməsi və digər sosial ehtiyacları üçün nəzərdə tutulur.
Xüsusi layihələr çərçivəsində isə NEQSOL Holding-in maliyyə dəstəyi ilə “YAŞAT” Fondu tərəfindən 1000 nəfərdən çox məktəbli şəhid övladının bu ilin sentyabr ayında 1 illik müddət üçün məktəb ləvazimatları ilə təminatı və digər sosial layihələrin icrası da nəzərdə tutulur.
Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı məbləğ də daxil olmaqla, NEQSOL Holding-in qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,2 milyon AZN vəsait ayırıb.
NEQSOL Holding qarşıdan gələn Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, hər kəsə cansağlığı, xoşbəxtlik və firavan gələcək arzulayır.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























