“İdeyanı dizayn et!”, “PAŞA Bank” dəstək göstərəcək
“PAŞA Bank” gənclər arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini dəstəkləyir(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” gənclərin peşəkar inkişafına yönələn təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, Bankın tərəfdaşlığı ilə “Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi başlayır.
Layihənin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncə tərzinin və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sosial və ekoloji problemlərin həlli istiqamətində onların mütərəqqi ideyalarının reallaşdırılmasıdır. Azərbaycanda startap ekosisteminin inkişafında gənclərin aktiv iştirakını təşviq edəcək bu layihəyə 18-29 yaş arası şəxslər qatıla bilər.
Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə tərəşdaşlığı ilə baş tutan “Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi üç mərhələdən ibarət olacaq. Layihənin ilk mərhələsində “İdeyanı dizayn et!” adlı “bootcamp” təşkil ediləcək. “Bootcamp” iştirakçıları qeydiyyat əsasında seçiləcək.
“Bootcamp”da iştirak etmək istəyən gənclər 26 mart tarixinədək https://forms.gle/TV76uAPPEjA4KGre7 linkinə daxil olmaqla, qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, “PAŞA Bank”, Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi ilə əməkdaşlıqda “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsini də həyata keçirib. Bu layihə çərçivəsində 2018-2021-ci illərdə Bakı, Gəncə, Qax, Mingəçevir, Xaçmaz, Masallı, Qəbələ, Zaqataladakı peşə və orta məktəblərdə təhsil alan 5 000 yaxın məktəbli və 170 müəllim sahibkarlığın, eləcə də maliyyə savadlılığının artırılması istiqamətində keçirilən tədrislərə qatılıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
Ən çox oxunanlar
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb






.jpg)








.jpg)



