Sıradan çıxan su sayğacı kimin hesabına dəyişdirilməlidir?
Su sayğacı sıradan çıxıbsa və abonent tərəfindən ona heç bir müdaxilə olmayıbsa, bu halda sayğac kimin hesabına dəyişdirilməlidir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 6.5 və 6.10-cu bəndlərinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən həyata keçirilir.
Su təchizatı və kanalizasiya müəssisəsinin əməkdaşları tərəfindən sıradan çıxmış sayğaca görə abonentə borc hesablanarsa, belə olan halda vətəndaş tərəfindən həmin borcun silinməsi üçün məhkəməyə müraciət oluna bilər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarına əsasən “Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “af irmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar faktehtimallarından irəli gələ bilər (§68).”
Su sayğacının sıradan çıxmasının məhz abonentin müdaxiləsi səbəbindən baş verdiyi su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən sübut olunmalıdır. Abonent əksini sübut etməyə məcbur deyil.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü,
14 saylı Vəkil Bürosunun vəkili Ramin Mustaqim oğlu Sadıxzadə
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
3 d. əvvəl
Azərbaycan və Qazaxıstan ikiqat vergitutmanın aradan qaldırılması üçün danışıqlar aparır
- 35 d. əvvəl
-
36 d. əvvəl
Startap və investoru bir araya toplayan samiitə hazırlıqlara start verilib
-
1 saat əvvəl
“Meqa Sığorta” yeni onlayn sığorta mağazasını istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan dövləti 2026-2029-cu illərdə borcunu 6,6 milyard manat artırmağı nəzərdə tutur
-
1 saat əvvəl
Azərbaycan gələn il kəsir üçün 2,6 milyard manat borclanacaq
-
1 saat əvvəl
2026-cı il üzrə icmal büdcənin gəlirləri və xərcləri məlum oldu
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Azərbaycan və Qazaxıstan ikiqat vergitutmanın aradan qaldırılması üçün danışıqlar aparır

Bakıda və regionlarda leysan olacaq

“Meqa Sığorta” yeni onlayn sığorta mağazasını istifadəyə verdi

Naxçıvanda verilmiş icazələrin sayı 2,2 dəfə artıb

Azərbaycan dövləti 2026-2029-cu illərdə borcunu 6,6 milyard manat artırmağı nəzərdə tutur
Ən çox oxunanlar

Azərbaycan gələn il kəsir üçün 2,6 milyard manat borclanacaq

2026-cı il üzrə icmal büdcənin gəlirləri və xərcləri məlum oldu

Azərbaycan qanunları pozulur - “Temu”ya məlumat verildi

Azərbaycan dövlət büdcəsi üçün neftin qiymətini aşağı saldı

Neft işçilərinə KOMİSSİYASIZ KREDİT təklifi!

Daha çox pul yığılmalıdır - Vergi Xidməti və Gömrük Komitəsi üçün büdcə planları artırılır

“SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5 milyonu ötüb
