İri bank qızılın qiymətinin 2027-ci ildə 6 min dollara çatacağını gözləyir
Avstraliyanın bank və maliyyə xidmətləri şirkəti "ANZ Group Holdings" Yaxın Şərqdəki münaqişənin dünyada iqtisadi artımı yavaşlatması və mərkəzi bankların pul siyasətini yumşaltmasına səbəb olması fonunda qızılın qiymətinin 2027-ci ilin ortalarına qədər 1 unsiya üçün 6 min dollar səviyyəsinə yüksələcəyini proqnozlaşdırıb.
Marja xəbər verir ki, bankın analitikləri 3 ssenari irəli sürüblər.
Birinci ssenariyə görə, xam neftin bahalaşması inflyasiya gözləntilərini artıracaq və ABŞ Mərkəzi Bankı (FED) ehtiyatlı davranaraq sentyabr ayına qədər faiz dərəcələrini sabit saxlayacaq. Bu isə qızıl üçün mənfi təsir yaradacaq.
İkinci ssenaridə enerji böhranı iqtisadi artıma mənfi təsir göstərəcək, sənaye fəaliyyətini azaldacaq və istehlak xərclərini zəiflədəcək.
Üçüncü ssenaridə isə iqtisadi artım zəiflədikcə mərkəzi banklar daha yumşaq pul siyasətinə yönələcək. Bu isə qızılı dəstəkləyəcək.
Bank qısa müddətdə qızılın unsiyasının qiymətinin təxminən 4 min 500 dollara düşəcəyini, lakin qiymət azalmasının “yeni alışlar üçün bir fürsət” yaradacağı qeyd olunub.
Qurum 2026-cı ilin sonu üçün qızılın qiyməti üzrə proqnozunu 5 min 800 dollardan 5 min 600 dollara endirib. Qızılın 2027-ci ilin ortalarında isə 1 unsiya üçün 6 min dollar səviyyəsinə çatacağı gözlənilir. Əvvəlki proqnozda qızılın qiymətinin bu səviyyəyə 2027-ci ilin əvvəlində çatılacağı bildirilirdi.
Bankın analitikləri qeyd ediblər: “Daha ümumi mənada, pisləşən maliyyə mövqeləri, ABŞ dollarının diversifikasiyasının davam etməsi və geosiyasi qeyri-müəyyənlik qızılın sığorta rolu kimi əhəmiyyətini gücləndirməyə davam edəcək. Bundan əlavə, Yaxın Şərqdəki münaqişə fonunda mərkəzi banklar strateji olaraq qızıl ehtiyatlarını artırmağa davam edəcəklər.”
Qeyd edək ki, "ANZ Group Holdings" Avstraliyanın “Böyük dördlük” banklarından biridir və Yeni Zealandiyada aparıcı maliyyə institutlarından sayılır. Qurum qlobal miqyasda təxminən 30 bazarda fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























