FED faizin daha da artırılmasını məqsədəuyğun hesab edir
Cerom Pauel: FED ölkədə faizin daha da artırılmasını məqsədəuyğun hesab edirABŞ Federal Ehtiyat Sistemi (mərkəzi bank, FED) ölkədə faiz dərəcələrinin daha da artırılmasını və “məhdudlaşdırıcı” pul siyasətini “müəyyən müddətə” saxlamağı məqsədəuyğun hesab edir.
Marja xəbər verir ki, bunu dünən keçirdiyi mətbuat konfransında FED sədri Cerom Pauel bildirib.
Çərşənbə günü FED faizlərini 50 baza bəndi artıraraq illik 4,25-4,5% səviyyəsinə qaldırıb.
"Biz inflyasiyanın 2%-ə qaytarılması üçün kifayət qədər məhdudlaşdırıcı olan pul siyasəti mühitinə nail olmaq üçün əlavə artımların məqsədəuyğun olacağına inanmağa davam edirik", - Pauell mətbuat konfransında deyib.
"Qiymət sabitliyinin bərpası çox güman ki, bir müddət məhdudlaşdırıcı siyasətin saxlanmasını tələb edəcək" ,- o əlavə edib.
Əvvəllər FED faizlərini bir neçə dəfə 75 baza bəndi artırıb, lakin ABŞ-da inflyasiyanın yavaşlaması fonunda mülayim tədbirlərə keçib.
FED, koronavirus pandemiyasının ağır iqtisadi nəticələrinə cavab olaraq 2020-ci ildə faizini 0 - 0,25%-ə qədər endirmişdi. İnflyasiyanın sürətlə yüksəlməsi ilə əlaqədar olaraq, FED, 2018-ci ilin dekabrından bəri ilk dəfə olaraq Martın 16-da uçot dərəcəsini artırdı.
İnflyasiyanın aşağıya doğru meylinin daha aydın görünməsi ilə, FED daha yavaş faiz artırmağa keçib. ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin noyabr ayında 2021-ci ilin noyabr ayı ilə müqayisədə 7,1% artıb. Bir ay əvvəl bu rəqəm 7,7% idi. Proqnoz isə 7,3% təşkil edirdi. Beləliklə, noyabrda ABŞ-da illik inflyasiya gözlənildiyindən daha çox yavaşlayıb. Çünki enerji qiymətlərinin düşməsi artan ərzaq qiymətlərini kompensasiya edib. Aylıq inflyasiya da gözləniləndən az olub və oktyabrdakı 0,4%-ə qarşı noyabrda 0,1% təşkil edib.
İnvestorlar üçün ölkədə istehlak qiymətlərinin artım tempi FED-in gələcək fəaliyyəti ilə bağlı əsas müəyyənedici amillərdən biridir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























