Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
Yeni iplik istehsalı fabrikinin yaradılması müzakirə olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı və məşğulluğun artırılması istiqamətində kənd təsərrüfatı və sənayenin rolunu vurğulayaraq bildirmişdir: "Elə etməliyik ki, kənddən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Və bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar."
Ölkə rəhbərinin bu strateji çağırışına və şəhərlərdən bölgələrə qayıdış fəlsəfəsinə dəstək olaraq, Azərbaycanın pambıqçılıq və tekstil sənayesinin aparıcı şirkətlərindən biri olan "Prime Cotton" Bakı şəhərində yerləşən baş ofisini Mingəçevir şəhərinə köçürmək barədə qərar qəbul edib.
Bu qərar yalnız inzibati dəyişiklik deyil, regionların iqtisadi potensialının gücləndirilməsinə, sənaye fəaliyyətinin istehsal mərkəzlərinə daha da yaxınlaşdırılmasına və yerli kadrların məşğulluğunun artırılmasına xidmət edən mühüm strateji addımdır.
Bu çərçivədə, 12 iyun 2026-cı il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilə "Prime Cotton" şirkətinin Baş İcraçı Direktoru Tural Əlizadə arasında görüş keçirilib. Görüşdə həmçinin Mingəçevir Tekstil Parkının direktoru Əli Əsədov və "Prime Cotton" şirkətinin Müşahidə Şurasının üzvü Haşim Əliyev iştirak ediblər.
Görüş zamanı tərəflər şirkətin fəaliyyəti, istehsal potensialı, mövcud sənaye infrastrukturu və Mingəçevirin iqtisadi inkişafına verilə biləcək töhfələr ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Prime Cotton Azərbaycanın pambıqçılıq və tekstil sənayesində aparıcı mövqeyə malikdir. Şirkətə məxsus Mingəçevir Tekstil İplik Fabriki Qafqazın ən böyük iplik istehsalı müəssisələrindən biri olmaqla regionun sənaye potensialının formalaşmasında və məşğulluğun artırılmasında mühüm rol oynayır.
Görüşdə Mingəçevirdə sənaye istehsalının daha da genişləndirilməsi məqsədilə yeni investisiya layihələri, o cümlədən yeni iplik istehsalı fabrikinin yaradılması perspektivləri müzakirə olunub. Bildirilib ki, layihənin həyata keçirilməsi yeni iş yerlərinin açılmasına, şəhərin iqtisadi inkişafına, ixrac potensialının artırılmasına və qeyri-neft sənayesinin daha da güclənməsinə mühüm töhfə verəcək.
"Prime Cotton" rəhbərliyi vurğulayıb ki, baş ofisin Mingəçevirə köçürülməsi qərarı regionlarda iqtisadi fəallığın artırılması, yüksək ixtisaslı kadrların bölgələrdə fəaliyyətinin təşviq olunması və sənaye ekosisteminin inkişafına əlavə dəstək göstərilməsi məqsədi daşıyır.
Tərəflər gələcək əməkdaşlıq imkanları, investisiya perspektivləri və şəhərin sosial-iqtisadi inkişafına xidmət edə biləcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Həmçinin birgə layihələrin həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüş konstruktiv şəraitdə keçib və gələcək əməkdaşlığın inkişafına dair ilkin razılaşmalar əldə olunub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
4 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
4 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 15 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb


























