Orta qiymət kateqoriyalı məşhur otel brendi Azərbaycan bazarına daxil olur
2023-cü ildə Bakıda “Mercure” brendi ilə ilk otelin açılışı planlaşdırılır.
Marja xəbər verir ki, bu barədə “Accor” qrupundan məlumat verilib.
“Mercure” oteli “Mogan Hotel Baku” otelinin rebrendinqi nəticəsində 2023-cü ildə Bakıda açılacaq.
"“Mercure” - beynəlxalq şəbəkənin gücünü və yerləşdiyi bölgənin xüsusiyyətlərini, onun mədəniyyətini və ənənələrini özündə birləşdirən orta qiymət kateqoriyalı məşhur brenddir”, - “Accor”dan qeyd ediblər.
Şirkətdən məlumat verilib ki, oteldə 140 rahat otaq, həmçinin restoran və bar, müasir fitnes zalı və hovuzlu SPA mərkəzi, yuxarı mərtəbədə hamam və sauna olacaq.
Yeni “Mercure Baku” oteli İnşaatçılar prospektində yerləşəcək.
““Mercure”nin Azərbaycanda premyerası barədə məlumat verməkdən şadıq. Bakı işgüzar səyyahların və turistlərin cəlb edilməsi üçün böyük potensiala malikdir. İnkişaf etmiş infrastruktur yumşaq iqlim və bənzərsiz mədəni irs, zəngin tarixi abidələrlə birlikdə paytaxtı dünyanın hər yerindən gələn qonaqların cazibə mərkəzinə çevirir. Əminəm ki, “Mercure Baku” onların gözləntilərinə cavab verəcək və yenidən buraya qayıtmaq üçün daha bir səbəb olacaq”, - “Accor New East Europe”un baş direktoru Aleksis Delaroff bildirib.
“Mogan Hotel Baku” oteli 2019-cu ilin sonundan etibarən Bakıda fəaliyyət göstərir.
“Accor” – 110 ölkədə 5300 oteli və 10000 restotranı birləşdirən dünyanın aparıcı otel qrupudur.
Öncə “Accor New East Europe”un baş direktoru Aleksis Delaroff müsahibəsində bildirmişdi ki, “Accor” qrupu yaxın illərdə Azərbaycanda yeni otel brendlərinin açılması istiqamətində bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır.
“Hazırda Azərbaycandakı portfelimizə iki otel daxildir: məşhur “Alov qüllələri” kompleksində yerləşən “Fairmont Baku” və 2021-ci ilin yayında açılmış ekonom sinifli “ibis Baku City” oteli. Yaxın vaxtlarda biz Azərbaycanda digər otel brendlərini də təmsil etməyi planlaşdırırıq”,- o bildirmişdi.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
Neftin qiyməti 108 dolları keçdi
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
Ən çox oxunanlar
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub




















