Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Hacıqabul Quşçuluq Şirkəti məşğulluğun inkişafına verdiyi əvəzsiz töhfələrə görə xüsusi mükafata layiq görülübİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum keçirilib.
Forum çərçivəsində vergi sistemində müasir idarəetmə yanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarvermə mexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergi qanunvericiliyində baş verən dəyişikliklər və vergi inzibatçılığında tətbiq olunan yeni yanaşmalar iştirakçılara təqdim edilib.
Forumda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub.
Hacıqabul Quşçuluq Şirkəti kənd təsərrüfatı sahəsi üzrə məşğulluğun inkişafına verdiyi əvəzsiz töhfələrə görə xüsusi mükafata layiq görülüb.
Mükafat Dövlət Vergi Xidmətininin rəisi Orxan Nəzərli tərəfindən Hacıqabul Quşçuluq Şirkətinin təsisçisi və direktoru Nemət Babaşova təqdim edilib.
Bu mükafat Hacıqabul Quşçuluq Şirkətinin məşğulluğun təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yüksək qiymətləndirilməsinin göstəricisidir.
Qeyd edək ki, bu il Azərbaycanın quşçuluq sənayesinin aparıcı istehsalçılarından biri olan Hacıqabul Quşçuluq Şirkəti öz fəaliyyətinin 50 illik yubileyini qeyd edir. Yarım əsrlik tarixi ərzində müəssisə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, daxili bazarın keyfiyyətli yumurta ilə təmin edilməsinə və kənd təsərrüfatı sektorunun inkişafına mühüm töhfələr verib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























