MİDA-nın onlayn satış sistemi çökdü
Mənzillərin satışı qeyri-müəyyən müddətə təxirə salınıb.11:25 - Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçimi baş tutmayıb.
By barədə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı deyib.
Onun sözlərinə görə, satışın başlamasına qısa bir müddət qalmış coxlu sayda vətəndaşın qirməyə çalışmasına asan loqin sistemində yüklənmə olub.
Beləliklə, bu kompleksdə mənzillərin satışı qeyri-müəyyən müddətə təxirə salınıb.
Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov da deyib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli Mənzil” informasiya sistemində problem yaranıb. Buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olması olub.
"ASAN Login sistemində yüklənmə olduğundan problemlər yaranıb. Araşdırma aparılır. Hazırda sistemin bərpa olunması üçün iş görülür. Mənzillərin satışı müvəqqəti təxirə salınıb. Satış yenidən təşkil olunacaq. Hələlik, tarix bəlli deyil", - o əlavə edib.
Qeyd edək ki, bu gün saat 11.00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılmışdı.
XXX
11:16 - Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən "Güzəştli mənzillər"in satışı ilə bağlı sistemdə probemlər yaranıb.
Saat 11:00-da başlamalı olan seçim prosesində sistemə giriş mümkün olmayıb. İstifadəçilər mənzil seçimi edə bilməyiblər.
Hazırda yaranmışın çətinliklərin aradan qaldırılması üzrə iş aparılır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©“Report”, APA, "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























