Böyük Britaniyanın yeni Baş naziri məlum oldu
Liz Truss Britaniyanın yeni baş naziridirLiz Truss (Liz Trass) Böyük Britaniyanın yeni Baş naziri oldu.
Marja xəbər verir ki, Liz Trass Mühafizəkarlar Partiyasının lideri seçilib və nəticə etibarilə ölkənin Baş naziri olub.
O, bu postda Boris Consonu əvəz edəcək.
47 yaşlı Trassun namizədliyi üçün Mühafizəkarlar Partiyasının 81 326 adi üzvü səs verib. Onun rəqibi, 42 yaşlı keçmiş maliyyə naziri Rişi Sunak 60 min 399 səs toplayıb. Beləliklə, hakim partiyanın lideri kimi Truss sentyabrın 6-da baş nazir postunda Boris Consonu əvəz edəcək və yeni hökuməti təyin edəcək.
Trass Böyük Britaniyanın 56-cı (və ya bir neçə dəfə bu vəzifəni tutanlar nəzərə alınmaqla 78-ci) və Kraliça II Yelizavetanın dövründə isə 15-ci baş nazir olacaq. O, həmçinin Marqaret Tetçer (1979-1990-cı illərdə Nazirlər Kabinetinə rəhbərlik edib) və Tereza Meydən (2016-2019-cu ilə qədər) sonra Nazirlər Kabinetinə rəhbərlik edən üçüncü qadın olacaq.
Conson üçün bu gün baş nazir kimi sonuncu, 1339-cu tam iş günüdür. BBC Yayım Korporasiyasının məlumatına görə, onun bazar ertəsi Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı planlaşdırılır. Həmçinin gün ərzində Liz Trussla işləmək istəməyən Consonun kabinet üzvlərinin istefası istisna edilmir.
Britaniyanın siyasi tarixində Conson vəzifəsini ən tez tərk edən yeddinci baş nazir olacaq. Antirekord - Britaniya hökumətinin başında cəmi 119 gün olmuş, amma vərəmdən tez vəfat edən Tori Corc Kanninqə (1770-1827) məxsusdur. Britaniyada ən uzun müddət (20 il 314 gün) baş nazirin kreslosunu Robert Uolpol (1676-1745) tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 16 d. əvvəl
- 24 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"























