Yayda Avropada qazın qiyməti təxminən 3 dəfə artıb
Əgər iyunun 1-də Avropada qaz fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 960 dollar təşkil edirdisə, avqustun 31-də ticarət 2490 dollar səviyyəsində bağlanıb.
Marja-nın məlumatına görə, beləkilə, təbi qazın birja qiyməti yayın əvvəli ilə müqayisədə 2,6 dəfə yüksəlib.
Qazın qiyməti avqust ayında martın əvvəlindən bəri ilk dəfə olaraq 3541 dollara qalxaraq tarixi rekorda yaxınlaşıb. 2022-ci il martın 7-də qazın birja qiyməti az qala 3900 dollara çatmışdı.
İyun ayında Avropada qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 1240 dollar, iyulda təxminən 1850 dollar, avqustda isə 2515 dollar təşkil edib.
Qiymətlərin bu qədər artımasının əsas səbəblərindən biri “Şimal axını” ilə qaz nəqlinin azalması olub – iyulun 27-dən bir neçə qaz turbininin dayanması səbəbindən kəmər maksimum gücün cəmi 20%-i həcmində istismar edilib.
Avqustun 31-də “Şimal axını” ilə təchizat yenidən tamamilə dayanıb, bu, istismarda qalan yeganə qaz nasos qurğusunda aparılan təmir işləri ilə əlaqədar. İşlər başa çatdıqdan sonra və avadanlıqlarda texniki nasazlıq olmadıqda, qazın nəqli bərpa ediləcək.
Həmçinin avqustun son günlərində Asiya bazarının Avropa bazarı ilə LNG uğrunda mübarizəsi meydana çıxıb ki, bu da qiymətlərə əlavə təzyiq göstərir. Bundan əlavə, iyun ayında ABŞ-ın ən böyük LNG terminallarından birində - Texasdakı Freeport LNG-də qəza baş verib. Müəssisənin işinin qismən bərpası yalnız noyabrın əvvəlində və ya ortalarında baş verə bilər.
Qiymətlər barədə proqnozlar
“Qazprom”un rəhbəri Aleksey Miller qeyd edib ki, hazırda qaz bazarında “qiymət rallisi” müşahidə olunur və payız-qış dövründə 1000 kubmetr üçün qiymət 4000 dolları keçə bilər.
Ekspertlər, kəskin soyuqlar və anbarda ehtiyatların azalması halında qışda qazın qiymətinin 1000 kubmetr üçün rekord həddə - 5000 dollara qalxacağını gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








