Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib

Görüşlər, "Grand-Agro" şirkətinin və ona məxsus "Olivea" brendlərinin təqdimatı keçirilib. Həmçinin zeytunçuluğun daha da inkişaf etdirilməsi üçün lazımi addımlar, Azərbaycan məhsullarının dünya bazarında mövqeyinin gücləndirilməsi üçün görülməli olan texniki işlər barədə müzakirələr aparılıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın kənd təsərrüfatı və ixrac sektorunda aparıcı qüvvəyə çevrilən "Grand-Agro" şirkəti İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən mühüm görüşlərdə ölkəmizi təmsil edib.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer alan şirkət təmsilçisi, Azərbaycanın zeytunçuluq sektorunun qlobal rəqabət qabiliyyətini diqqətə çatdırıb.

Reklam_3_11

İspaniya Ticarət Palatası ilə görüş

Səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq İspaniya Ticarət Palatasının rəhbərliyi ilə bir araya gəlib. Görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və gələcək investisiya imkanları barədə qısa fikir mübadiləsi aparılaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfərin əsas diqqət mərkəzi Beynəlxalq Zeytun Şurası (IOC) ilə keçirilən strateji görüş olub. Şuranın prezidenti Jaime Lillo López tərəfindən qarşılanan Azərbaycan nümayəndə heyəti üçün ayrılan hissədə, "Grand-Agro" şirkətinin və ona məxsus "Olivea" brendlərinin təqdimatı keçirilib.

Təqdimat zamanı Azərbaycanın bu gün Mərkəzi Avropa və Cənub-Qərbi Asiyanın ən böyük zeytun bağlarına sahib olduğu xüsusi vurğulanıb. "Grand-Agro"nun təmsilçisi Səid Namazov çıxış edərək qeyd edib ki, yüksək keyfiyyətli Azərbaycan zeytun yağları artıq İspaniya, Türkiyə, BƏƏ (Dubay), Gürcüstan və Rusiya kimi ölkələrin bazarlarında yer alaraq beynəlxalq standartlara tam cavab verdiyini sübut edib.

Rəsmi çıxışlardan sonra keçirilən işçi müzakirələrdə AZPROMO, "Grand-Agro" və digər şirkət nümayəndələri Şuranın rəhbərliyi ilə zeytunçuluğun daha da inkişaf etdirilməsi üçün lazımi addımları müzakirə ediblər. Görüşdə Şuranın təmin etdiyi dəstək mexanizmləri və Azərbaycan məhsullarının dünya bazarında mövqeyinin gücləndirilməsi üçün görülməli olan texniki işlər barədə müzakirələr aparılıb.

Bu görüşlər "Grand-Agro"nun Azərbaycanın zeytunçuluq şöhrətini beynəlxalq arenada inkişaf etdirmək və ölkəmizi qlobal ixracatçı kimi möhkəmləndirmək strategiyasının mühüm tərkib hissəsidir.

İş elanları AzVak.az-da

Grand-Agro Azərbaycan zeytunçuluq sektoru zeytun yağı ixracı Azərbaycan Grand-Agro Madrid görüşləri İspaniya Ticarət Palatası görüş Azərbaycan IOC Beynəlxalq Zeytun Şurası Azərbaycan zeytun yağı brendi Olivea zeytun yağı ixrac bazarı Azərbaycan Azərbaycan kənd təsərrüfatı ixracı Grand-Agro beynəlxalq əməkdaşlıq Azərbaycan İspaniya ticarət əlaqələri Azərbaycan aqrar sektor inkişafı zeytunçuluq investisiyası Azərbaycan Azərbaycan zeytun bağları Azərbaycan aqro ixrac potensialı AZPROMO aqrar ixrac dəstəyi Azərbaycan qida ixracı bazarı zeytun yağı Avropa bazarı Azərbaycan məhsulları Grand Agro Olivea brendi Azərbaycan kənd təsərrüfatı şirkətləri Marja.az iqtisadi xəbərlər Azərbaycan ixrac xəbərləri aqrar sektor beynəlxalq görüşlər Azərbaycan ərzaq ixracı strategiyası Azərbaycan kənd təsərrüfatı innovasiyaları
19.05.2026 12:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19