Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi
“Samsung” yeni nəsil qatlanan smartfonlarını təqdim etdi.(®) Bir çox smartfonun yeniliklərə, imkanlara və istifadəçilərin ehtiyaclarının ödənməsi ilə bağlı inkişafını gəlin, yadımıza salaq.
Həmçinin xatırladaq ki, qatlanan telefonlar yeni nəslin stereotiplərini qırmağa davam edir. Bu vəziyyətdə “Samsung” şirkəti bir addım belə geri çəkilmədən qatlanan smartfonların hər dəfə daha bir üst versiyasını təqdim edir.
Cənubi Koreya nəhəngi “Samsung” yeni nəsil qatlanan smartfonlarını təqdim etdi. 10 avqust saat 17:00-da (Bakı vaxtı ilə) “Galaxy Unpacked”in təqdimatı başladı. Tədbirdə “Galaxy Z Flip4” və “Galaxy Z Fold4”ün təqdimatı olundu. Tədbir “Samsung Azerbaijan”ın “Youtube” kanalı ilə onlayn təqdim olundu.
Onlayn təqdimatın Azərbaycan dilində aparıcısı DJ Tural idi. Məşhur aparıcı özünəməxsus peşəkarlığı ilə yeni smartfonlar haqqında tam detallı məlumatları bütün izləyicilərlə ötürdü.
Təqdimatın əsas səbəbi ondan ibarətdir ki, “Samsung”un yeni smartfonları öz imkanlarını genişlədərək və yeni funksiyaları əlavə edərək ideal məhsulu istifadəçilərin hüzuruna gətirir. Bütün bu yeniliklər əbəs yerə deyil. Çünki “Samsung” daim yenilik axtarışında olduğundan daim imkanları genişləndirməyi düşünür. Hətta, “Samsung” smartfonları həyatlarının bir hissəsi olan insanların belə gözləntilərini aşacaq yeni məhsullardır.
“Galaxy Z Flip4”: Sərbəst əllər, keyfiyyətli şəkil və video
“Galaxy Z Flip3”dən fərqli olaraq, “Galaxy Z Flip4” smartfonu ilə telefonu açmadan, siz zənglərə və mesajlara cavab verə, hətta yüksək keyfiyyətli şəkillər çəkə bilərsiniz.
“Galaxy Z Flip4” hands-free(sərbəst əllər) funksiyasına sahibdir. Bu, o anlama gəlir ki, siz telefonu istədiyiniz kimi və əlinizlə tutmaq məcburiyyətində qalmadan çox gözəl şəkil və videolar çəkə bilərsiniz.
Telefonun digər məlumatlarına gəlincə isə xarici ekran 1.9 Super Dynamic AMOLED 60 Hz, batareya tutumu 3,700 mAh-dır və smartfonu 30 dəqiqə ərzində 50%-ə qədər doldurur. Həm də sizi düşünərək daha az enerji sərf edəcək.
“Galaxy Z Fold4”: Çox funksionallıq və istifadə rahatlığı
“Galaxy Z Fold4” – Güclü və çoxfunksiyalı smartfon özündə “Samsung”un mobil texnologiyalarında yığdığı təcrübə toplusunun təcəssümüdür. “Z Fold3”ə nisbətən daha çox imkanlar genişlənib və funksiyalar artıb. Açıq halda siz onu planşet kimi də istifadə edə bilərsiniz. Yəni, eyni anda həm işləyə, həm də nəyisə izləyə bilərsiniz. Bağlı rejimdə isə 6,2 düym ekranlı smartfona çevrilir.
Portret rejimi artıq “Galaxy Z Flip4”ün ön ekranına da əlavə olunub və üstəlik öndəki ekrandan şəkili daxili ekrana da yerləşdirmək imkanı yaradılıb. Bundan əlavə, daxili ekrana Wi-Fi, Bluetooth və fənər elementləri əlavə olunub. Displeyin qoruyucusu isə Gorilla Glass Victus +. O, telefonu kənar zərbələrdən daha yaxşı qoruyur. Bundan əlavə, “Galaxy Z Fold4” və “Galaxy Z Flip4”də də İPX8 su buraxmayanla qorunur və istifadəçilər ani anlarda daha rahat ola bilər.
“Galaxy Buds2 Pro”: Premium-dizayn ilə yeni eşidilmə təcrübəsi
Galaxy Z xəttinin yeniliyi olan naqilsiz “Galaxy Buds2” qulaqlıqları istifadəçilərin istənilən şəraitdə rahat istifadəsinə şərait yaradır. Mükəmməl 24 bitlik hi-fi səsi, kristal təmizliyi və yığcam erqonomik dizayn hesabına qulaqlıqlar 15% faiz daha balaca olub. Bu, hal-hazırda “Samsung”un ən kompakt və yüngül qulaqlığı sayılır.
Təqdimatın təkrarına “Samsung Azerbaijan”ın rəsmi “Youtube” kanalından izləyə bilərsiniz: https://www.youtube.com/c/SamsungAzOfficial
Smartfonlarla bağlı yenilikləri və daha ətraflı məlumatları “Samsung Azerbaijan”ın saytından əldə edə bilərsiniz: http://www.samsung.com/az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi














.jpg)



.jpg)


