Azərbaycanda da Coca-Cola məhsullarını satan şirkətin mənfəəti artıb
Türkiyə, Pakistan, Qazaxıstan, İraq, Özbəkistan, Azərbaycan, Qırğızıstan, İordaniya, Tacikistan, Türkmənistan və Suriyada fəaliyyət göstərən içki şirkəti "Coca-Cola İçecek"şirkəti 2022-ci ilin 2-ci rübü və 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az şirkətin məlumatına istinadən xəbər verir ki, "Coca-Cola İçecek" 2022-ci ilin ikinci rübündə 1 milyard 233 milyon Türk Lirəsi (TL) xalis mənfəət əldə edib. Bu, bazar proqnozuna uyğundur. Xalis mənfəət əvvəlki ilin ikinci rübü ilə müqayisədə 71 faiz artıb. Şirkətin ilin ilk yarısında (yanvar-iyunda) xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 65,7% artaraq 1 milyard 863 milyon TL-yə çatıb.
Şirkət, ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə daha yüksək faiz xərcləri və vergi dərəcəsi ilə üzləşsə də, əməliyyat gəlirliliyini qoruyub saxlamışdır.
"Coca Cola İçecek", ikinci rübdə güclü satış performansı göstərərək, konsolidə edilmiş satış gəlirlərini 14 milyard 694 milyon TL-yə yüksəldib. Şirkətin satışları rüblük olaraq 152,3 faiz; ilin ilk 6 ayında 144,1 faiz artıb. Beləliklə, 6 aylıq satış gəliri 23 milyard 359 milyon TL-yə çatıb.
Şirkətin Türkiyədəki əməliyyatlarından ikinci rübdə əldə etdiyi gəlir 138% artaraq 5,2 milyard TL təşkil edib. Beynəlxalq əməliyyatlardan gəlir isə 162,1 faiz artıb.
Əksər digər sənaye şirkətlərində müşahidə olunan satış qiymətinin artması Coca-Cola-nın balansında da öz əksini tapmışdır. İkinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə satışın maya dəyəri 155,1 faiz artıb. Şirkətin digər xərclərinin artması da diqqəti çəkir.
Azərbaycanda Coca-Cola məhsullarının istehsalı və satışı ilə məşğul olan "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin 99,87%-i "Coca-Cola İçecek" şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)






