Dollar indeksi yenidən 106 bəndin üzərinə qayıdıb - GÜNƏ BAXIŞ
Həftənin əvvəlindən FED üzvlərinin yüksək inflyasiyanın qalıcılığının qarşısını almaq üçün sərt monetar siyasətin davam etdirilməsinin labüdlüyünü, bunun üçün bütün rıçaqlardan çəkinmədən istifadə edilməsinin gərəkdiyini vurğulamaları dollara dəstək olur.
Beləki, investorların sentyabr toplantısında da FED-in 0.75%-lik faiz artımına getməsi ehtimalları daha da yüksəlib. Nəticədə dollar indeksi yenidən 106 bənd hədlərinin üzərinə qayıdıb. Təhlillərə əsasən indeksdəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 1.01$ və 1.21$ səviyyəsinin altına düşə bilər.
Bu gün Almaniyada fabrik sifarişlərinin həcmi, Amerikada işsizlik müavinatı üçün müraciətlərin sayı kimi önəmli statistik göstəricilər dərc olunacaq. Günün ən önəmli hadisəsi isə İngiltərə Mərkəzi Bankının faiz qərarı olacaq.
Dollar indeksi yüksəlsə də artan geosiyasi risklər fonunda “güvənli liman” maliyyə aləti missiyasını uğurla yerinə yetirən qızıla tələb artmaqda davam edir. Hazırda 1771$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1775$-ın üzərinə yüksəlsə, 1794$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























