SOCAR İstiqrazlarının 3-cü faiz ödənişi edildi
“SOCAR Capital” şirkətindən verilən məlumata görə, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 avqust tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
Bakı Fond Birjasında yerləşdirildiyi 9 aylıq müddət ərzində ən çox investisiya edilən qiymətli kağıza çevrilmiş yeni SOCAR İstiqrazları üçüncü kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir gətirib. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 3 milyon 375 min ABŞ dollarına yüksəlib (5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək.)
Təkrar bazar əməliyyatları həcminin 23 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 220-yə çatması və ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricisidir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycanda qeydiyyatdan keçmiş bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominaldan (1000 ABŞ dolları) aşağı düşməyib.
Qeyd edək ki, SOCAR İstiqrazlarının növbəti – dördüncü – kupon ödənişi 1 noyabr 2022 tarixində baş tutacaq.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və socarcapital.az, socaristiqraz.az elektron ünvanlarına müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 5 d. əvvəl
-
- 27 d. əvvəl
-
49 d. əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
Ən çox oxunanlar
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti







.jpg)







.jpg)








