“VTB Bank”ın sədri İlham Əliyevə məktub göndərib
"VTB Bank"ın Azərbaycanda məhsuldar fəaliyyəti, Azərbaycan Dövlət Neft Fondunun "VTB Bank"ın kapitalında iştirakı iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmliyini və strateji xarakterini əyani şəkildə göstərir."“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə “VTB Bank”ın İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq nüfuzunu möhkəmləndirərək hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.
Düz 30 il bundan əvvəl Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub. Ötən dövr ərzində ölkələrimiz ikitərəfli tərəfdaşlıqdan müttəfiqlik fəaliyyətinədək uzun yol qət edib.
Rusiyada Azərbaycan Respublikası ilə tarixi dostluq əlaqələrini yüksək qiymətləndirirlər. Bu gün dövlətlərimizin mehriban qonşuluğu dəstəkləmək və Rusiya-Azərbaycan əməkdaşlığının potensialını artırmaq istəyi həmişəkindən daha vacibdir.
"VTB Bank"ın Azərbaycanda məhsuldar fəaliyyəti, Azərbaycan Dövlət Neft Fondunun "VTB Bank"ın kapitalında iştirakı iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmliyini və strateji xarakterini əyani şəkildə göstərir.
Hörmətli İlham Heydər oğlu, Zati-alinizə məsul vəzifənizdə yeni-yeni uğurlar, Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzulayıram.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









