Abşeron Logistika Mərkəzi Marketinq mütəxəssisi axtarır
İşəgötürən: Abşeron Logistika Mərkəzi
Vakansiya: Marketinq mütəxəssisi
Son tarix: 11 may 2022
Ümumi vəzifə öhdəlikləri:
-Sosial media hesabları və platformalarını idarə etmək (Facebook, LinkedIn, Instagram, Youtube və s.);
-Kreativ post ideyaları hazırlamaq (mətnlərin yazılması və redaktə edilməsi);
-Bütün növ reklam, PR mətn və ideyalarının və mətnlərinin hazırlanması (press-reliz, seo yönümlü mətnlər);
-Bazarda trendlərin, rəqiblərin analiz edilməsi və digər araşdırmaların edilməsi;
-PR, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
-Səhifəyə gələn sorğuları cavablandırılmasını təmin etmək;
-Şirkətin vebsaytında olan məlumatların redaktə olunması;
-Podratçi şirkətlərlə işləmək (mətbəə, agentlik və s.).
Namizədə qarşı tələblər:
-Ali təhsil;
-Marketinq üzrə 1- 3 illik iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan dili və Rus dili mükəmməl, İngilis dili yaxşı;
-Kompyuter biliyi: Word, Excell, Power Point;
-Qrafiq dizayn və video montaj proqramınlarından anlayışı olması üstünlükdür;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-Sosial media planlama və idarəetmə təcrübəsi;
-Araştırma, daima öyrənməyə həvəsli və verilən tapşırıqları vaxtında çatdırmaq;
-Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
-Problem həlletmə, müstəqil qərarvermə və təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.
-Portfolio mütləqdir (cv ilə portfolionuzu əlavə etməyiniz xahiş olunur).
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 10 may 2022-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşımalar, gömrük, broker, terminal, anbar, qapıdan-qapıya və 3PL xidmətləri göstərilir. Mərkəzdə yaradılmış “bir pəncərə” sistemi və ərazisində “Abşeron” gömrük postunun yerləşməsi sahibkarlar üçün şəffaf şəraitin yaradılması, rahatlığın təmin edilməsinə zəmin yaradır. Mərkəz ISO 45001:2018, ISO 14001:2015 və ISO 9001:2015 beynəlxalq sertifikatlarına sahibdir.
Ünvan
Bakı şəhəri, AZ1063, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57
Əlaqə nömrəsi
+994 12 404 76 00 , +994 12 555 52 52 , +994 50 555 52 52
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
37 d. əvvəl
Əsas səhmdarı SOCAR olan Bankın mənfəəti 2 dəfədən çox azalıb - BU BANKDA MƏNFİ TENDENSİYA BAŞ VERİB
-
52 d. əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
53 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sıfır xərclə ticarət mümkündür?
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER




















