Bakıda yeni “McDonald’s” restoranının açılışı olub - FOTO
(®) Yasamal rayonu, Tbilisi prospekti ilə Ş.Mehdiyev küçəsinin kəsişməsində yeni “McDonald’s” restoranı açılıb.
“Grand Hayat” kompleksinə daxil olan binada yerləşən yeni restoranın layihələndirilməsində müasir dizayn və yüksək texnologiya tətbiq edilib.
Restoran qida sənayesinin ən son trendlərinin bütün tələblərinə cavab verən avadanlıqlarla təchiz edilib.
175-dən çox oturacaq yeri üçün nəzərdə tutulmuş interyerə malik dəbli restoran, unikal “Luna” dizaynı ilə fərqlənir. “McDonald's” şəbəkəsinin bu cür innovativ dizayna malik restoranı Azərbaycanda ilk, Avropada isə birinci restoranlarından olması bu restoranı daha maraqlı məkana çevirir. Bura həm küçədən, həm də birbaşa “Grand Hayat” yaşayış kompleksindən daxil olmaq mümkündür.
Yeni açılmış “McDonald’s” restoranında Bakı sakinlərinin və paytaxt qonaqlarının bəyənmiş olduğu interaktiv özünəxidmət köşkü də mövcuddur. Restoranın qonaqları burada həmçinin “masa arxasında xidmət”dən də faydalana biləcəklər. Bu xidmət sifarişi masa arxasında qəbul etməyə imkan verir.
Bundan başqa, restoranda maşını tərk etmədən sifariş vermək, ödəniş etmək və sifarişi qəbul etmək kimi rahat imkanlar yaradan “MakAvto” xidməti də fəaliyyət göstərir. Bütün müasir və aktual xidmət kanalları vasitəsilə əlçatan olmaqda davam edən yeni “McDonald’s”-ın sevimli yeməklərini “Wolt” və ”Bolt Food” kimi çatdırılma operatorları vasitəsilə “McDelivery” xidmətindən sifariş vermək olar.
“McDonald’s” Azərbaycan bazarına daxil olmuş dünyaca məşhur ilk brendlərdən biridir. Azərbaycanda ilk “McDonald’s” restoranı 1999-cu il noyabrın 6-da Bakı şəhərində yerləşən Fəvvarələr meydanında açılıb və dərhal qonaqlar arasında populyarlıq qazanıb.
Bu restoranın açılması ilə 80 yeni iş yeri yaradılıb. Ən qabaqcıl ictimai qida şəbəkələrindən biri olaraq, hazırda ölkədə 21 restoranı fəaliyyət göstərən “McDonald’s” şirkəti 1900-dən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
57 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)



