“Azərpoçt” adından saxta məktublar göndərilir - XƏBƏRDARLIQ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Azərpoçt” MMC adından göndərilən saxta məktublar barədə xəbərdar edir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, kiberdələduzlar tərəfindən göndərilən saxta məktubların məzmununda vətəndaşlara bağlamalarının çatdırılması üçün 10.2 AZN məbləğində gömrük rüsumu ödənilmədiyi bildirilir və onlardan ödənişin icrası üçün saxta keçidə daxil olmaları tələb edilir.
Daha sonra vətəndaş “Azərpoçt” MMC adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.
Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara maksimum dərəcədə diqqətli olmağı, tanımadığı şəxslərdən gələn məktublarda göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, sorğunun doğruluğunu alternativ əlaqə vasitələrindən istifadə edərək yoxlamağı tövsiyə edir.
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)
