Gəncədə 9 aylıq pərakəndə ticarət dövriyyəsi 900 milyon manata yaxın olub
2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərinin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 871 milyon 232,1 min manatlıq məhsul, o cümlədən 541 milyon 466,3 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,329 milyon 765,8 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,1 faiz, qeyri-ərzaq malları üzrə isə 3,3 faiz artmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 18,1 faizi ticarət müəssisələri, 67,6 faizi fərdi sahibkarlar tərəfindən, 14,3 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 44,7 faiz, fərdi sahibkarlar üzrə 18,6 faiz artmış, bazar və yarmarkalarda isə 46,5 faiz azalmışdır.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 271,2 manatlıq istehlak malları, o cümlədən 168,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,102,6 manatlıq qeyri-ərzaq malları almışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında
Gəncə şəhərində 2021-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13504,8 min manat təşkil etmişdir. Dövriyyənin 56,3 min manatı hüquqi, 13448,5 min manatı isə fiziki şəxslərin payına düşür.
2021-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 5,0 faiz artaraq 258 milyon 549,4 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 57 milyon 339,4 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 22,2 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 12,5 faizi dövlət, 87,5 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.
Yanvar-sentyabr aylarında əhalinin hər bir nəfəri orta hesabla 80,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















