Opel çip böhranı ilə əlaqədar Almaniyada istehsala fasilə verir

Avtomobil istehsalçısı Opel çip tədarükü problemi səbəbiylə Almaniyadakı zavodlarından birində istehsala yeni ilə qədər fasilə verəcəyini açıqlayıb.
Marja xəbər verir ki, "Stellantis" qrupunun bir hissəsi olan Opel-dən verilən məlumata görə, Eisenbach şəhərindəki zavodun ən az 2022-ci ilə qədər bağlanılacağı qeyd edilib. Açılış üçün dəqiq bir tarix bildirilməyib.
Zavodda işləyən 1300 nəfərin müvəqqəti işdən çıxarılacağı, istehsalın Fransadakı bir zavodda davam edəcəyi qeyd edilib.
"Stellantis" çip böhranı ilə əlaqədar Avropa və Kanadadakı bir çox zavodunda istehsalı dayandırıb. Şirkət bu il 1,4 milyon ədəd daha az avtomobil istehsalı edəcəyini nəzərdə tutur.
Məsləhət şirkəti "AlixPartners", qlobal avtomobil sektorunda çip böhranın yaradacağı itkinin 210 milyard dollara çata biləcəyini hesablayıb. Şirkət qlobal avtomobil istehsalçılarının bu il çip böhranı ilə əlaqədar 7,7 milyon daha az avtomobil istehsal edəcəyini təxmin edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
