ABB Tam Visa kartını təqdim etdi
(®) ABB müştərilərə yeni üstünlüklər qazandıran Tam Visa kartını bazara təqdim edib.
Məhsulun əsas üstünlükləri rəqəmsal olmasıdır. Tam Visa kartını dərhal aktivləşdirib ondan istifadəyə başlamaq olar. Bu isə müştəri üçün sürət və rahatlıq deməkdir.
Bu kart ödənişlərdən 10%-dək faydalı keşbek qazandırır. Kartla köçürmə və nağdlaşdırma 3 000 AZN-dək komissiyasızdır. FaydaMax-da “Qızıl”mərhələyə çatdıqda müştəri 2x ƏDV Geri Al-dır.
Üstəlik, kart sahibləri Tam Visa ilə apardıqları əməliyyatların dövriyyəsinə görə də müəyyən hədiyyələr əldə edirlər. Onlara dövriyyədən asılı olaraq Costa Coffee-də, ParkCinema-da, Crunch Burger-də müxtəlif imtiyazlar verilir.
Bundan başqa, 31 mart 2026-cı il tarixinə qədər keçiriləcək kampaniya çərçivəsində ölkə ərazisində nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında ABB-nin yeni Tam Visa kartı ilə Apple Pay, yaxud Google Pay vasitəsilə edilən ödənişlər sərnişinlərə 100% keşbek qazandıracaq. Ödənilən gediş haqqı məbləği 100% keşbek olaraq ABB mobile-dakı “Faydalı keşbek” balansına köçürülür. Kampaniya yalnız AZN valyutalı yeni Tam Visa kartı ilə keçərlidir. Hər müştəri kampaniyadan maksimum 10 dəfə yararlana bilər. Kampaniya yalnız Apple Pay və Google Pay texnologiyalarını dəstəkləyən avtobuslarda keçərlidir.
Tam Digi Visa kartının yaratdığı bütün imkanlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
19 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 20 d. əvvəl
-
6 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
7 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
7 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
7 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Ən çox oxunanlar
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























