Şimali Osetiyadan Azərbaycana mebel tədarük ediləcək - MÜQAVİLƏ İMZALANIB
“Rokos” firması (Şimali Osetiya, RF) payızda Azərbaycana mebel tədarükünə başlayacaq.
Rusiya mətbuatının məlumatına görə, Şimali Osetiya iş adamları Azərbaycana biznes missiyası çərçivəsində 30-a yaxın işgüzar görüş, o cümlədən RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyevlə görüşlər keçiriblər.
Görüşlər nəticəsində cari ilin sentyabr ayından “Rokos” firması tərəfindən Bakıdakı mağazalar şəbəkəsinə mebel tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.
Daha iki tərəfdaş şirkətin mütəxəssisləri istehsal sahələri və gücləri ilə tanış olmaq üçün Vladiqafqaza səfər etməyi planlaşdırırlar.
Bundan başqa, digər Osetiya şirkətlərinin nümayəndələri azərbaycanlı iş adamları ilə uğurlu danışıqlar aparıblar. Hazırda ikitərəfli əməkdaşlığın detalları müzakirə olunur.
İxraca Dəstək Mərkəzinin rəhbəri Bela Osiptsova qeyd edib ki, Osetiya məhsulları Azərbaycanda böyük maraq doğurub. “Məhsullarımız böyük marağa səbəb olub. Nəticələrdən razıyıq. Ümid edirik ki, yaxın zamanlarda daha bir neçə müqavilə imzalanacaq”, - deyə o bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Azercell Beynəlxalq Robot Olimpiadasının Azərbaycandakı rəsmi sponsoru oldu
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Dünya Qızıl Şurası qızılın qiymətini aşağı sala biləcək ssenarini açıqlayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Dünya Qızıl Şurasından qızıl ilə bağlı 3 proqnoz: 2026-cı il sürprizlər ilə dolu ola bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
“İlin bankı” ABB oldu!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Qarabağdakı Dəmirli mədənindən ilk mis satışına başlanılıb
Dünya Qızıl Şurasından qızıl ilə bağlı 3 proqnoz: 2026-cı il sürprizlər ilə dolu ola bilər
Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur
Bank Respublika ilə Yeni il daha rahat!
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Kalshi-nin bazar dəyəri 11 milyard dollara çatıb
Mastercard açıq dövrəli nəqliyyat ödənişləri ilə Azərbaycanda mobilliyin gələcəyinə töhfə verir
















.jpg)




