PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada — “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb.
Bu mükafatlar Bankın qeyri-neft sektorunun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına verdiyi davamlı töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Nəşrin mükafat laureatlarına həsr olunmuş xüsusi buraxılışında PAŞA Bank-ın 2025-ci ildə əldə etdiyi əsas strateji və maliyyə nailiyyətləri geniş şəkildə təqdim olunub. Burada Bankın yüksək müştəri təcrübəsi, inkişaf etmiş rəqəmsal imkanları, innovativ məhsul portfeli, əməliyyat səmərəliliyi, ESG və dayanıqlıq təşəbbüsləri, eləcə də insan kapitalının inkişafına yönəlmiş fəaliyyətləri xüsusilə vurğulanıb.
PAŞA Bank-ın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib ki, əldə olunan bu nailiyyətlər Bankın ölkə iqtisadiyyatının real sektorunda oynadığı rolu və uzunmüddətli maliyyə tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir:
“2025-ci il PAŞA Bank üçün güclü maliyyə artımı və strateji inkişaf ili oldu. Biznes kredit portfelimiz 3,1 milyard manatı ötərək rekord səviyyəyə çatdı, ödəniş dövriyyəmiz isə 69,7 milyard manata yüksəldi. Bu göstəricilər real sektorun və KOS-ların artan maliyyə ehtiyaclarına çevik cavab verdiyimizi nümayiş etdirir. Rəqəmsal kredit məhsulları və avtomatlaşdırılmış həllər vasitəsilə KOS-ların maliyyə əlçatanlığını artıraraq, onların biznes proseslərini sürətləndirməyə və resurslardan daha səmərəli istifadə etmələrinə dəstək olmuşuq.”
Qeyd edək ki, PAŞA Bank 2025-ci ildə real sektorun dayanıqlı inkişafına verdiyi töhfələrə görə Euromoney və International Investor tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib. Bank eyni zamanda Stevie Awards tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
1 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
3 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
9 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
10 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi























