Rusiya hökuməti "Kamaz"ın inkişafı üçün əlavə maliyyə ayırır
Rusiyanın Baş naziri Mixail Mişustin "Kamaz" şirkətinin inkişafı üçün əlavə vəsait ayrılması barədə qərar imzalayıb.
Marja xəbər verir ki, müvafiq nazirliklər payızadək müəssisəyə subsidiyalar ayıracaq və növbəti ilin dövlət büdcəsi layihəsinin hazırlanması zamanı əlavə maliyyə vəsaiti planlaşdıracaqlar.
Rusiya Nazirlər Kabineti mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, baş nazir şirkətin zavodunu ziyarət etdiyi Naberejnıye Çelnıya səfərindən sonra qərarı imzalayıb.
"Kamazın inkişafı planlarının həyata keçirilməsi üçün əlavə maliyyələşmənin təmin edilməsi lazımdır. Bunun üçün Sənaye və Ticarət Nazirliyinə və Maliyyə Nazirliyinə 10 sentyabr tarixinə qədər model çeşidinin inkişafı layihəsinin maliyyələşdirilməsi üçün müəssisəyə subsidiyaların verilməsi, habelə növbəti büdcə layihəsində əlavə vəsait planlaşdırılması tapşırılıb”, -məlumatda deyilir.
"Kamaz"ın direktoru Sergey Koqoqinin Mişustinlə görüşdə verdiyi məlumata görə, mühərriklərin, oxların və təkər dişlilərinin istehsalının artırılması, yük maşınları üçün kabinlərin lokalizasiya səviyyəsinin artırılması üçün investisiyalar tələb olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























