ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
(®️) Xəbər verdiyimiz kimi, Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, edvgerial.kapitalbank.az portalını istehlakçıların ixtiyarına verdi. Alış-veriş zamanı təqdim edilən çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir.
Layihə çərçivəsində BirBank mobil tətbiqi istifadəçiləri üçün daha asan funksional təqdim edilib. Belə ki, BirBank mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini BirBank vasitəsilə idarə edə bilirlər. Həmçinin virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.
Növbəti yeniliyə əsasən ƏDV-nin geri alınması zamanı BirBank istifadəçiləri daha çox qazanmaq imkanı əldə ediblər. Belə ki, BirBank-da Visa digital kart yaradaraq yığılan vəsaiti həmin karta köçürənlər əlavə pul qazanırlar. Visa şirkəti ilə birgə keçirilən kampaniyaya əsasən, digital karta 10-20 AZN aralığında vəsait köçürənlər əlavə 2 AZN, 20 AZN-dən daha çox vəsait köçürənlər isə əlavə 5 AZN hədiyyə qazanırlar.
Qeyd edək ki, BirBank-da yaradılan digital card-larda eyniləşdirilmiş kartlar üzrə illik 15 000 AZN, eyniləşdirilməmiş kartlar üzrə isə aylıq 100 AZN / illik 1000 AZN dövriyyə limiti nəzərə alınmalıdır. Kampaniyada ilk 30 000 müştəri qalib ola biləcək. Ətraflı məlumat üçün – https://kbl.az/edvdc .
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonusların toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
18 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
27 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit



















