43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
AFB Bank ASC İdarə Heyətinin sədri Amid Qənbərov bankın 2025-ci il nəticələri, aktiv və kredit portfelinin sürətli artımının arxasında duran strategiya və 2026-cı il prioritetləri barədə müsahibə verib.
- AFB Bank-da aktivlərin həcminin artmasını hansı əsas amillər şərtləndirib və bu artımın davamlılığını necə qiymətləndirirsiniz?
- Aktivlərin 2025-ci ildə 43,3% artaraq 423 milyon manata çatması bir neçə strateji amilin nəticəsidir. İlk növbədə, kredit portfelinin planlı şəkildə genişlənməsi, müştəri vəsaitlərinin artımı və likvid vəsaitlərin daha səmərəli idarə olunması bu artımı təmin edib. Vacib məqam ondan ibarətdir ki, aktiv artımı əsasən gəlir gətirən aktivlər hesabına baş verib və onların ümumi aktivlərdə payı 82%-dən yuxarıdır. Bu isə artımın keyfiyyətli və davamlı xarakter daşıdığını göstərir.
- Kredit portfelinin böyüməsi bankın hansı strateji istiqamətlərinin nəticəsidir və bu artım daha çox hansı sektorların payına düşür?
- Kredit portfelinin 64,2% artaraq 300,7 milyon manata çatması bankın biznes modelində apardığı struktur dəyişikliklərinin birbaşa nəticəsidir. İl ərzində korporativ və SME bankçılıq istiqamətləri yenidən qurulub, mikro və aqro kreditləşmə ayrıca inkişaf xətti kimi formalaşdırılıb. Portfelin 55%-i biznes kreditlərinin payına düşür ki, bunun da əsas hissəsi real sektorun – xüsusilə KOS və aqrar sahələrin maliyyələşdirilməsidir. Qalan hissə isə ipoteka və pərakəndə kreditlərdir ki, bu da balanslı portfel strukturunu təmin edir.
- Kredit portfelinin genişlənməsi fonunda risklərin idarə olunması və problemli kreditlərin səviyyəsi ilə bağlı vəziyyət necədir?
Portfelin sürətli böyüməsi risklərin də eyni templə artması demək deyil. Əksinə, 2025-ci ildə risklərin idarə edilməsi sistemi yenidən qurulub və kredit qərarlarında daha konservativ yanaşma tətbiq edilib. Nəticədə qeyri-işlək aktivlərin kredit portfelində payı 42% azalıb. Bu fakt göstərir ki, artım risklərin idarə olunması hesabına deyil, məhz risklərin düzgün qiymətləndirilməsi fonunda baş verib.
- Depozit portfelində müşahidə olunan artım müştəri etimadının göstəricisi kimi dəyərləndirilə bilərmi və bu artımın strukturunda hansı dəyişikliklər var?
Bəli, müştəri əmanətlərinin 226,4 milyon manata çatması birbaşa müştəri etimadının göstəricisidir. Eyni zamanda, portfelin strukturunda balans qorunub – həm cari, həm də müddətli vəsaitlər üzrə artım müşahidə olunub. Bundan əlavə, maliyyə institutları və kapital bazarları vasitəsilə cəlb edilən resurslar bankın maliyyələşmə bazasını daha da şaxələndirib.
- Məcburi ehtiyatların geri qaytarılması bankın likvidlik və kreditvermə imkanlarına necə təsir göstərib?
- Məcburi ehtiyatların geri qaytarılması bankın likvidlik mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu vəsaitlər daha çevik şəkildə kreditləşməyə və qısa müddətli likvidlik ehtiyaclarının qarşılanmasına yönəldilib. Nəticədə bank həm kreditvermə imkanlarını genişləndirib, həm də likvidlik risklərini minimum səviyyədə saxlayıb.
Bankın keyfiyyət göstəricilərində (kapital adekvatlığı, likvidlik, risk əmsalları) baş verən yaxşılaşmanı necə izah edərdiniz?
Bu yaxşılaşma təsadüfi deyil. Kapital adekvatlığı göstəricilərimiz prudensial normalardan xeyli yüksəkdir – I dərəcəli kapital üzrə 21,9%, məcmu kapital üzrə isə 24,2%. Likvidlik mövqeyinin güclənməsi, risklərin azalması və beynəlxalq reytinq agentliyi tərəfindən verilmiş “Stabil” proqnoz bankın keyfiyyət göstəricilərinin sistemli şəkildə yaxşılaşdığını göstərir.
- Aktivlərin və kredit portfelinin artımı bankın gəlirliliyinə hansı formada təsir edib?
Artım birbaşa gəlirliliyə transformasiya olunub. 2025-ci ildə bank 4,26 milyon manat xalis mənfəət əldə edib. Gəlirlərin 17,6% artması fonunda xərclərin idarəolunan səviyyədə saxlanılması əməliyyat səmərəliliyini yüksəldib. Bu, artıq bankın böyümə mərhələsindən gəlirlilik mərhələsinə keçdiyini göstərir.
- Mövcud makroiqtisadi şərait fonunda bank sektorunda riskləri necə qiymətləndirirsiniz və AFB Bank bu risklərə necə hazırlaşır?
- Qlobal və regional qeyri-müəyyənliklər bank sektorunda riskləri artırır. Biz bu risklərə kapital ehtiyatlarının gücləndirilməsi, kredit portfelinin diversifikasiyası və stress-test mexanizmlərinin tətbiqi ilə hazırlaşırıq. Risklərin idarə edilməsi artıq təkcə nəzarət funksiyası deyil, strateji qərarların ayrılmaz hissəsidir.
- 2026-cı il üçün bankın əsas prioritetləri və inkişaf planları nələrdir?
- 2026-cı ildə əsas prioritetlərimiz kredit portfelinin keyfiyyətli böyüməsi, kapital bazarlarında iştirakın genişləndirilməsi və rəqəmsal məhsulların miqyasının artırılmasıdır. Paralel olaraq, müştəri bazasının dərinləşdirilməsi də diqqət mərkəzində olacaq.
- Rəqəmsallaşma və müştəri xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində hansı addımlar atılır?
- İl ərzində tam onlayn end-to-end kreditləşmə həllini istifadəyə vermişik. Bu, müştərilərə banka gəlmədən kredit alma imkanı yaradıb. Qarşıdakı mərhələdə isə rəqəmsal kanallarda məhsul çeşidinin genişləndirilməsi və müştəri təcrübəsinin daha sadə və sürətli hala gətirilməsi əsas hədəfimizdir.
- Müsahibəyə görə təşəkkür edirik.
© BBN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti



























