Avronun ucuzlaşacağı proqnozlaşdırılır - Maliyyə bazarlarında son vəziyyət
EUR
Amerikanın gələcək yeni prezidentinin açıqlamalarından sonra Amerika iqtisadiyyatı fonunda nikbinliyin artması, EUR/USD məzənnəsi ucuzlaşmasına səbəb olmuşdur. Amerikanın keçmiş hökümətı altında korona böhranı ərzində iqtisadi inkişafın və faizlərin Avrozonada daha erkən artacağı proqnozları, avroya olan etimadı artırmışdı. Təhlillər isə məzənnənin 1.20$-a kimi ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
GBP
GBPUSD məzənnəsi də keçən həftə ərzində 1.37$-da müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb, Beləliklə, qiymət 1.36$-ın altında qaldıqca, 1.3457 səviyyələrinə kimi ucuzlaşa bilər.
TRY
Maliyyə bazarlarında TCMB-nin əlavə faiz artımına getməyəcəyi proqnozları, lirədə də bahalaşması fonunda korreksiyaya səbəb olub. USDTRY məzənnəsi hazırda 7.46TL-nin üzərində ticarət edilir və 7.48TL-nin qırılması ilə 7.58 və 7.63TL-yə kimi də bahalaşa bilər.
OIL
Foreks bazarlarında dolların bahalaşması və Amerikada neft platformalarının sayında artım xəbərləri qiymətlərdə korreksiyalara səbəb olub. Cari həftə ərzində Brent neftinin bir barel qiymətinin 54 - 56$ aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Foreks bazarlarında dolların bahalaşması, əlvan metallar bazarlarında qızılın dəyər itirməsinə səbəb olsa da 1802$-ın (57.9 $/qram) üzərində yenidən dəstək görüb. Növbəti istiqamət, dəstək səviyyəsinin qorunub-qorunmamasından asılı olacaqdır. Qorunacağı təqdirdə, 1840$-ın (59.2 $/qram) yuxarı istiqamətdə qırılması növbəti bahalaşma dalğası üçün önəmli hadisə olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























