İlk rüblük faiz ödənişi həyata keçirilib - 200 MİN DOLLAR BÖLÜŞDÜRÜLÜB
24 dekabr 2020-ci il tarixində “AzerGold” istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.
Qeyd edək ki, maliyyə bazarına təklif edilmiş istiqrazlar qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə mənbələrinin şaxələndirilməsi, yeni layihələrin icrasına yönəldilməsi ilə yanaşı ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədinə xidmət edir.
Belə ki, yerli bankların xarici valyutada əmanətlər üçün təklif etdiyi illik faiz dərəcələrindən daha yüksək – 4 faiz gəlirlilik vəd edən “AzerGold” istiqrazları geniş xalq kütləsi üçün əlçatan investisiya alətidir. Ümumi emissiya həcmi 20 milyon ABŞ dolları olan istiqrazların bir ədədi üzrə 100 ABŞ dolları nominal qiymətində ticarət olunması şirkətlərlə bərabər məhz siravi vətəndaşlarımız üçün də əlavə gəlir qazanmaq fürsəti yaradıb.
Təsadüfi deyil ki, investorlara 3 illik tədavül müddəti ərzində ildə 4 dəfə olmaqla sabit gəlir qazandıran, tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ verən “AzerGold” istiqrazlarının Bakı Fond Birjasında həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərracında tələb kifayət qədər yüksək olub, təklifi orta hesabatla 2 dəfədən çox üstələyib. Konkret olaraq hər tranş üzrə 10 milyon ABŞ dolları həcmində yerləşdirilən istiqrazlara 1-ci hərracda 25.5 milyon, 2-ci hərracda 18 milyon ABŞ dolları məbləğində sifariş toplanıb.
Bir sözlə, hazırda ölkənin maliyyə bazarı üçün ən əlverişli şərtlərlə təqdim edilən investisiya alətlərindən hesab olunan “AzerGold” istiqrazları ölkəmizdə həyata keçirilən dayanıqlı iqtisadi siyasətin təzahürü kimi dövlətin həyata keçirdiyi maliyyə siyasətinin tərkib hissəsi olan qiymətli kağızlar bazarının inkişafı fonunda maliyyə alətlərinin müxtəlifliyini və maliyyə bazarlarının dərinliyini artırır, qeyri-neft sektorunun əhatəsini daha da genişləndirir.
Xatırladaq ki, “AzerGold” istiqrazlarının birinci və ikinci tranş üzrə hərracları cari ilin 24 sentyabr və 30 noyabr tarixlərində Bakı Fond Birjasında keçirilib. İstiqrazların orta ölçülmüş qiyməti 1-ci tranş üzrə 101.7 ABŞ dolları, 2-ci tranş üzrə isə 102.4 ABŞ dolları təşkil edib. “AzerGold” istiqrazları üzrə növbəti rüblük faiz ödənişi isə 2021-ci ilin mart ayında baş tutacaq.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
10 d. əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
-
- 51 d. əvvəl
-
55 d. əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AzerGold” və Qvineya məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəlib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Spirt istehsalçısı “Göyçay-Şərab”ın gəlirləri və xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
























