Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib

Mərkəzi Bank tərəfindən “Cibpay” MMC və “Multi Solutions” MMC-nin ödəniş təşkilatı lisenziyaları ləğv edilərək elektron pul təşkilatı lisenziyaları verilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Multi Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Cibpay” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib.

Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.

Onlara elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.

İş elanları AzVak.az-da

Ödəniş təşkilatı — müştərilərə nağd pulun daxil edilməsi və çıxarılması, köçürmələr, kart əməliyyatları və digər maliyyə xidmətlərini göstərən hüquqi şəxsdir. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərir və ənənəvi banklara alternativ olaraq maliyyə və fintech sektorunda fəaliyyət göstərirlər.

Elektron pul təşkilatı (E-pul təşkilatı) - qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya əsasında elektron pul emissiya edən (yayan) və elektron pulla bağlı müxtəlif ödəniş əməliyyatlarını yerinə yetirən xüsusi hüquqi şəxsdir.Elektron pul təşkilatlarının fəaliyyəti və xidmətləri ilə bağlı bəzi əsas məqamlar:

Emissiya Prosesi: Real nağd pulları qəbul edərək, onun rəqəmsal qarşılığı olan e-pulu yaradır və istifadəçilərin sərəncamına verirlər.

İcra Etdikləri Əməliyyatlar: Elektron pul köçürmələri, ödəniş hesablarının idarə edilməsi, nağd vəsaitin hesaba mədaxil və ya məxaric edilməsi və digər müxtəlif ödəniş xidmətlərini həyata keçirirlər.

19.06.2026 10:56
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19