“Coca-Cola” möcüzə dolu Yeni İl reklamını təqdim etdi
Yenicə təqdim edilən reklam çarxının əsas mesajı “Bu bayramın ən gözəl hədiyyəsi birlikdə olmaqdır” şüarıdır.

Bu həftədən etibarən dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda, Coca-Cola şirkətinin Yeni İl bayramına həsr edilmiş “Məktub” adlı özəl reklam çarxı efirə təqdim edilir. Reklam çarxının mənası 2020-ci ilin insanların həyatında misilsiz iz buraxdığını nəzərə alaraq hər kəsi özünə doğma, əziz bildiyi insanların yanında olmağa çağırışdır.
Oskar mükafatçısı olan rejissor Taika Waititinin rəhbərliyi ilə Wieden+Kennedy London şirkəti tərəfindən hazırlanan bu filmdə bir atanın qızına olan sərhədsiz sevgisi əks olunub. Son dərəcə emosional süjetə malik reklamda ata qızının Yeni İl arzusunu reallaşdırmaq üçün macəralar dolu səyahətə çıxır və filmin sonunda onlar əsil bayram möcüzəsinin şahidi olurlar.
Bu il Coca-Cola özünün ənənəvi Yeni İl kampaniyasının 100 illiyini qeyd etdiyini nəzərə alsaq, bu video reklamın məhz 2020-ci ildə ərsəyə gəlməsinin heç də təsadüf olmadığını anlayırıq. 1920-ci ildə Coca-Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və bundan sonra Coca-Cola hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar keçirirək Yeni İl möcüzəsinin gəlişini insanların yadına salır.
Coca-Cola şirkətinin Avropa qitəsinin Marketinq üzrə Vitse-Prezidenti Valter Susini dünyanın ən sevilən içki brendinin son 100 ildə öz möhtəşmliyi ilə yadda qalan bir neçə bayram kampaniyaları yaratdığını qeyd edir. “Bu il də təqdim etdiyimiz Yeni İl çarxı ənənəmizin davamı olaraq insanlarda nikbinlik və ümid hisslərini gücləndirir. Reklamda Coca-Colanın Şaxta Baba, Yeni İl Karvanı kimi tanınmış bayram attributları öz əksini tapıb. Dünya əhalisi üçün bu il çox fərqli oldu, insanlar yeni vərdişlərə alışmaq məcburiyyətində qaldılar. Məhz elə buna görə də, Coca-Colanın yeni reklamı insanları həmrəyliyə, bir birinə dəstək olmağa, sevdiklərimiz və doğmalarımızın yanında olmağa və mütləq Yeni İl möcüzəsinə inanmağa çağırır” – deyə, V. Susini bildirmişdir.

Şirkətin Türkiyə, Qafqaz və Ortasiya regionu üzrə Coca-Cola Brend Müdürü Yigit Yokuş Yeni İl bayramının bütün dünyada olduğu kimi, Azərbaycanda da insanları birləşdirən, ən sevilən şənliklərdən biri olduğunu qeyd edib və Coca-Colanın hər il insanların bu sevincini xüsusi kampaniyalar vasitəsilə paylaşdığını söyləyib. “Bu il məlum səbəblərdən ənənəvi Yeni İl Karvanımız vasitəsilə istehlakçılarımıza bayram şənliyi apara bilməsək də, qarşıdan gələn Yeni İli təbrik etmək, insanların bu bayramda həmrəyliyinə dəstək olmaq, sevinclərini Coca-Cola olaraq paylaşmaq üçün yeni reklam çarxımızı təqdim edirik. Ümid edirik hər kəs bu reklam filmini bəyənəcək, ondan ilhamlanaraq hər zaman sevdiklərinin yanında olmağa çalışacaq”.
Coca-Colanın “Məktub” adlı Yeni İl reklamını bu link vasitəsilə izləyə bilərsiz:
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 13 d. əvvəl
-
-
48 d. əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
1 saat əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
2 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
2 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib










.webp)











