Avronun qiyməti təzyiq altındadır
Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının Korona böhranının ikinci dalğası fonunda iqtisadi risklərin artdığını deməsindən sonra avronun qiyməti təzyiq altındadır. Belə bir şəraitdə hər dəfə Avropada karantin tədbirlərinin gücləndirilməsinə dair xəbərlərin yayılması ilə EURUSD məzənnəsi yeni dəstək səviyyələrini sınağa çəkir.
Beləliklə, iqtisadiyyata maliyyə dəstəyi verən AMB-nin yeni qərarına kimi avro/dollar valyuta cütlüyünün 1.18 - 1.19$ aralığında dalğalanacağı proqnozlaşdırılır. Avropa və İngiltərədə yeni böhran dalğasının bərtərəf edilməsi müzakirəsi ətrafında qeyri-müəyyənlik, gələcək günlər ərzində dollara olan tələbin artmasına səbəb ola bilər. Bu, GBPUSD məzənnəsinin də gələcək günlər ərzində 1.30 - 1.31$ aralığında dalğalanacağını ehtimal etməyə əsas verir.
Dollar ilə bağlı sözləri qızılın gələcək qiymətləri üçün də demək olar və əlvan metallar bazarlarında qızıla olan tələbin artacağı proqnozlaşdırılır. 1930$-ın qırılmasında çətinliyi müşahidə edilən bir unsiya üzrə qiymət, 1911$-ın qırılması ilə yenidən 1924$-a kimi dəyər qazana bilər.
Bununla yanaşı, Kriptovalyuta birjalarında Bitkoinin qiymətində güclü bahalaşma müşahidə edilir və proqnozlaşdırıldığı kimi 13855$-a kimi dəyər qazandıqdan sonra növbəti müqavimət səviyyəsi 14500$-dır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
1 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 11 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















