Bir gündə 254 nəfər öldü
Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 59 min 883, bu virus səbəbindən ölənlərin sayı isə 1368 nəfərə çatıb.
Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına görə, ötən gün ərzində 254 ölüm faktı baş verib. Bu, virus yayılmağa başlayandan gün ərzində qeydə alınan ən böyük rəqəmdir.
Ölüm hallarının 1310-u virusun aşkarlandığı və ən çox yayıldığı (48 min 206 nəfər) Xubey vilayətində qeydə alınıb.
Çin silahlı qüvvələrinin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın sədri, Çin Xalq Respublikasının Sədri Si Cinpinin əmri ilə müxtəlif hərbi hospitallardan əlavə 2 min 600 tibb işçisi Uxan şəhərinə ezam olunacaq. Beləliklə, Uxana ezam olunun hərbi tibbi personalın sayı 4 min nəfəri ötəcək.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada təxminən 450 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)








.jpg)







