Amazon, LG, Ericsson iştirakdan imtina etdilər
İspaniyanın Barselona şəhərində hər il təşkil edilən Mobil Dünya Konqresi dünyanın ən böyük texnologiya tədbirlərindən biridir.
"Marja" xəbər verir ki, 24-27 Fevral tarixləri arasında təşkil ediləcək konfransa çoxlu sayda texnologiya şirkəti koronavirus təhlükəsinə görə qatılmayacağını açıqlayıb.
Cənubi Koreyadan LG Electronics, İsveçdən Ericsson və ABŞ-ın çip şirkəti NVIDIA-dan sonra dünyanın ən böyük şirkətlərindən Amazon da bu il konfransda iştirak etməyəcəyini açıqlayıb.
"Əl sıxışmayın"
Amazon etdiyi açıqlamada, koronavirus epidemiyası səbəbilə konqresə qatılmayacaqlarını qeyd edib.
Mobil Dünya Konqresini təşkil edən GSMA şirkəti isə normalda 100 min nəfəri qəbul edən konfransın bu il də təşkil ediləcəyini açıqlayıb.
İştirakını nəzərdən keçirən şirkətlərin olduğunu qəbul edən GSMA, təhlükəsizlik tədbirlərini artırdıqlarını bildirib.
Belə ki, virusun yayıldığı Çinin Hubei əyalətindən iştiraklar qadağan edilb, Çindən gələn ziyarətçilərin ən az 14 gündür ölkə xaricində olduğunu sübut etməsi lazım olacaq.
Şirkət, iştirakçıların əl sıxışmaması barədə xəbərdarlıq edib. Çıxışçıların mikrofonlarının davamlı dəyişdiriləcəyi və dezinfeksiya ediləcəyi bildirilib.
Bu həftə açılması gözlənilən Sinqapur Aviasiya Sərgisində də çox sayda ləğvin olduğu bildirilir.
İndiyə qədər koronavirusdan Çində ölənlərin sayı 1016 nəfərdir. Təkcə Bazar günü virusdan Çində 97 nəfər ölüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)







